Avropa ölkələrinin miqrasiya xidmətləri siyasi sığınacaq və qaçqın statusunun verilməsi ilə bağlı qaydaları bir az da sərtləşdirəcəklər. ONN media xəbər verir ki, bu barədə Oxu.Az-a Almaniyada yaşayan tanınmış azərbaycanlı hüquq-müdafiəçisi, miqrasiya məsələləri üzrə ekspert Əlövsət Əliyev deyib. 999 azərbaycanlı qaçqın statusu almaq üçün Almaniya hökumətinə müraciət edib. Almaniyanın Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsinin cari ilin ilk 6 ayına dair hesabatında belə deyilir. Məlum olub ki, sözügedən şəxslərdən 706 nəfəri status üçün birinci, 293 nəfəri isə ikinci dəfə müraciət edib.
Göstərilən dövr ərzində azərbaycanlıların qaçqın statusu almaqla bağlı müraciətləri üzrə 1400 qərar çıxarılıb. Qərarlara əsasən, altı nəfər sığınacaq, 46 nəfər isə qaçqın statusu alıb. 1326 nəfər müxtəlif formada imtina cavabı alıb, çünki sığınacaq axtaranlara ölkədə qalmağa imkan verən qayda sərtləşdirilib. Oxşar qaydalar Avropanın digər ölkələrində də qüvvədədir. Hüquq müdafiəçisinin sözlərinə görə, azərbaycanlıların Avropaya hansı məqsədlə getdiklərini təyin etmək çətindir, çünki onlar Miqrasiya xidmətlərinə müsahibəni məxfilik şəraitində verirlər. "Biz yalnız təşkilatımıza daxil olan müraciətlər əsasında hökm verə bilərik. Lakin qeyd etmək istəyirəm ki, miqrantların göstərdikləri səbəblərdən asılı olamayaraq, hazırda fərdin özü barədə məlumatları gizlətmək çox çətindir. Barmaq izinin götürülməsi kifayətdir ki, miqrasiya xidmətləri namizədin fərdi məlumatlarını bazadan əldə edə bilsin. Çünki yalan istənilən halda üzə çıxacaq. Avropanın düşdüyü miqrasiya böhranından sonra orada sığınacaq almaq elə də asan deyil", - ekspert qeyd edib. Almaniya, nəhayət, miqrasiya siyasətini yenidən nəzərdən keçirib. Almaniyanın miqrantlar ölkəsinə çevrilməsi məsələsi son 25 ildə müzakirə olunur. Bundestaq bu il əmək miqrasiyası haqqında qanun qəbul edib və Almaniya qaçqınları deyil, əmək miqrantlarını qəbul edəcək ölkəyə çevriləcək. Qanun 2020-ci ilin yanvarında qüvvəyə minəcək. Federal hakimiyyət qaçqın statusunun verilməsi şərtlərini sərtləşdirib. Artıq suriyalı qaçqınların vətənlərinə qaytarılması planlaşdırılır. Bununla yanaşı, əcnəbi mütəxəssislər üçün yerlər ayrılır. Daha əvvəl hüquqşünas Almaniyaya getmək istəyən həmyerlilərimizə müraciət edərək qaçqın statusunu seçməməyi məsləhət görüb. Bu həm də Azərbaycanın imicini korlayır. Digər tərəfdən, miqrasiyasını təqiblərlə əsaslandıran azərbaycanlılar özlərini müxtəlif məhdudiyyətlərə məhkum edirlər – Avropada qaçqınlar üçün düşərgələrdə (kampuslar) qalma şəraitini məqbul saymaq olmaz. Qaçqınlar arasında artan intihar halları bir daha bunu təsdiq edir. "Düşərgələrdə uzun müddət dözülməz şəraitdə yaşamaq, psixoloji travma almaq, sonra isə radikal addım atmaq – intihar etmək üçün qaçqın statusuna görə müraciət etmək lazım deyil" , - Ə.Əliyev məsləhət görüb. Xatırladaq ki, Azərbaycan vətəndaşı Humay Məmmədova Deggendorf qaçqın düşərgəsində çox sayda həb udması nəticəsində zəhərlənərək ölüb. Qadının özündən sonra doqquz yaşlı qızı qalıb və o, qızını Almaniyada yaşayan bacısına əmanət edib. Məlumata görə, qadın "Dublin sazişi" çərçivəsində işinə qeyri-obyektiv baxıldığına etiraz edərək intihara əl atıb. Məlum olduğu kimi, 2018-ci ildə 2900 Azərbaycan vətəndaşı Almaniyada qaçqın statusu almaq üçün müraciət edib. 2017-ci ildə bu göstərici 3 030, 2016-cı ildə 4 750, 2015-ci ildə 1 497, 2014-cü ildə isə 1 295 nəfərə bərabər olub. Bununla belə, qaçqın statusuna görə Almaniya hökumətinə müraciət etmiş Gürcüstan və Ermənistan vətəndaşlarının sayı dəfələrlə çoxdur. Ötən il Gürcüstandan müraciət edənlərin sayı kəskin artıb. Belə ki, 2018-ci ilin ilk iki ayında 745 gürcüstanlı Almaniyaya gedib. Hüquq müdafiəçisinin sözlərinə görə, təkcə Avropa ölkələrində deyil, həm də ABŞ-da miqrantlara qarşı sərt şərtlər irəli sürürlər. Burada da yeni tələblər qüvvəyə minəcək. ABŞ daha maddi cəhətdən təmin olunmamış miqrantları qəbul etmir. Bu barədə məlumat ABŞ Prezident Administrasiyasının rəsmi saytında dərc edilib. Bu kateqoriyadan olan şəxslər nə vətəndaşlıq, nə də "Greencard" ala biləcəklər. "ABŞ vətəndaşlarına verilən müəyyən güzəştlərin qorunması üçün miqrantlar maliyyə cəhətdən müstəqil olmalıdırlar" , - Prezidentin qərarında deyilir. Yeni qaydalar 2019-cu il oktyabrından qüvvəyə minəcək. Hazırda amerikalıların 73 faizi hesab edir ki, miqrantlar özlərini təmin etməlidirlər. Miqrantlar payızdan etibarən "Medicaid" tibbi sığortasından və ərzaq məhsulları talonlarından istifadə edə bilməyəcəklər. Yeni qaydalara əsasən, təqribən 400 min miqrant təkrar yoxlamadan keçəcək. Qeyd edilir ki, hazırda ABŞ ərazisində 22 milyon miqrant qanuni əsasda, 10,5 milyonu isə qeyri-leqal yaşayır.ABŞ və Avropada qaçqın statusu almaq çətinləşəcək



Ermənilər azərbaycanlı soyadı ilə qaçqın statusu almağa çalışır
Azərbaycana qaçqın axını: 600 əfqan ölkəmizə qaçdı
8 azərbaycanlı Almaniyadan deportasiya edildi
Almaniyada yeni qalmaqal
Azərbaycanlı ailə Almaniyadan deportasiya edildi
Avropadan daha 10 azərbaycanlı deportasiya edildi
Ermənilərin növbəti hayasızlığı- İndi də soyadımızdan istifadə edirlər
Azərbaycanlılar qaçqın düşərgəsindən təxliyyə edildi
Almaniyaya qaçqın axını azalır
Qərbi azərbaycanlılarla bağlı yeni təklif
Almaniyanın axtardığı azərbaycanlı Fransada tutuldu
Bu ölkədə dava salan azərbaycanlılar deport olunur
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 