Almaniyanın paytaxtı Berlindəki qaçqın düşərgəsi koronavirus səbəbindən bağlanıb.
Ötən gün sığınacaq axtaranlardan biri koronavirus şübhəsi ilə xəstəxanaya aparılıb. Onun qan və tüpürcək analizinin nəticəsi pozitiv çıxıb. Berlin bələdiyyəsi və səhiyyə idarəsi düşərgənin dərhal bağlanması, sakinlərin isə, yaxınlıqdakı məktəb binasında karantin altında saxlanılması ilə bağlı qərar verib.
Ötən gecə düşərgənin 135 sakini polis və təcili tibbi yardım işçilərinin müşaiəti ilə yaxınlıqdakı məktəb binasının idman zalına köçürülüblər.
Aldığımız məlumatda bildirilir ki, təxliyyə olunan sığınacaq axtaranların arasında 24 nəfər Azərbaycan vətəndaşı var. Eyni zamanda, düşərgədə 20 nəfər 60 yaşdan yuxarı, 15 nəfər isə, 5 yaşından kiçik uşaq qalırmış.
Berlin səhiyyə idarəsindən bildirilib ki, yaşlı insanların koronavirusa yoluxma ehtimalı daha çox olduğundan onlar paytaxtdakı xəstəxanalarda xüsusi müşahidə altında saxlanılacaqlar.
Məlumat üçün bildirək ki, bu Almaniyadakı qaçqın düşərgələrində ilk koronavirus faktıdır.
Bundan əvvəl Almaniya “Dublin sazişi” ilə bağlı Yunanıstan, İtaliya, Macarıstan kimi Avropa Birliyi ölkələrinə sığınacaq axtaranların deportasiyasını dayandırmış, eyni zamanda yeni sığınacaq axtaranları qəbul edən zamanı onları 14 günlük karantin altında saxlanılmaları ilə bağlı qərar vermişdi



Azərbaycanlı ailə Almaniyadan deportasiya edildi
Azərbaycanlıların qaldığı yataqxana sökülür
Daha bir ölkədə koronavirus həyəcanı- 54 nəfər...
Azərbaycanda daha 57 nəfər koronavirusa yoluxdu - RƏSMİ
Azərbaycanda daha 64 nəfər koronavirusa yoluxdu
8 azərbaycanlı Almaniyadan deportasiya edildi
Rusiyada 20 min nəfərdə koronavirus həyəcanı - Hökumət hərəkətə keçdi
Türkiyədə daha 141 nəfər koronavirusdan öldü
Moskvada 10 -dan çox uşaqda koronavirus aşkarlandı
Azərbaycanda daha bir kənddə koronavirus aşkarlandı
Azərbaycanda daha 43 nəfər koronavirusa yoluxdu
Azərbaycana qaçqın axını: 600 əfqan ölkəmizə qaçdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 