ONN media-ya verilən məlumata görə bildiririk ki, 25 avqust 2019 cu ildə Sumqayıt şəhərində məskunlaşan məcburi köçkünlərin ictimai şurası Qarabağ qaziləri ilə birgə Qarabağ müharibəsi zamanı ərazi bütövlüyümüz uğrunda şəhid olmuş Səfalı Əliyevin anım gününü keçirmişdir.
Əliyev Səfalı Malik oğlu 24 iyun 1971 ci ildə Qubadlı rayonunun Xocik kəndində anadan olmuşdur. 1992 ci ildə Ermənistan Qarabağı ələ keçirmək üçün təcavüzü başlayandan Milli Ordu sıralarında düşmənə qarşı savaşa qoşulmuşdur. 1992 ci ilin may ayından 706 saylı hərbi hissənin 3-cü taborunda Qubadlı və Laçın rayonlarının Muradxanlı, Səfiyan, Aşağı Fərəcan, Suarası, Başarat kəndlərində, Cəbrayıl rayonunun Xudafərin Diridağ uğrunda gedən döyüşlərdə cəsurluqla vuruşmuşdur. 1993 cü ilin oktyabr-noyabr, 1994 cü ilin yanvar ayından isə Ağdam rayonu ərazisində kəşfiyyat bölüyündə, 1994 cü ilin fevral ayının axırından isə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə kəşfiyyatçı kimi əməliyyatlarda iştirak etmişdir.
1994 cü il may ayının 10-da Füzuli rayonu Əbdürrəhmanlı kəndində müşahidə postunda döyüş tapşırığını yerinə yetirən zaman düşmən tankından atılan mərmi ilə həlak olmuşdur.
Anım gününə Sumqayıt şəhəri şəhidlər xiyabanından başlayan iştirakçılar, əvvəl xiyabanda dəfn edilmiş şəhidin məzarını ziyarət etmiş, sonra 12 ci mikrorayonda məcburi köçkün şəhərciyində məskunlaşan şəhidin ailə üzvləri ilə görüşmüşdür.
Görüşdə Qarabağ qaziləri, keçmiş kəşfiyyat rəisi Dağbəyi Məhiyyədinov və onun müavini olmuş Tofiq Musayev, kəşfiyat bölük komandiri Müşviq Quliyev, Səfalının digər döyüş dostları Qarabağ qaziləri, keçmiş kəşfiyyatçılar və Sumqayıt şəhəri üzrə məcburi köçkünlərin ictimai şurasının sədri Qəzənfər Hüseyn çıxış etmişlər.
Görüş çox həssas mühitdə keçmiş, şəhidimizin ailə üzvlərinin qəlbində uzun müddətə xüsusi minnətdarlıq duyğuları əks etdirəcək hisslər yaşanmışdır. Sonda bütün görüş iştirakçıları qəhrəman övlad yetişdirdiyi üçün anaya minnətdarlıq bildirmiş, əlindən opərək onunla xudahafizləşmişlər.
Bu gün həmçinin ərazi bütövlüyümüz uğrunda şəhid olmuş İbrahimov Mirbəşir Bağır oğlunun da məzarı ziyarət edilmiş, döyüş dostları onu xatırlayaraq ruhuna dualar etmişlər.
Keçmiş kəşfiyyatçılar bu gün də döyüş əzmindədirlər, hər an Qarabağ uğrunda savaşa hazır olduqlarını yüksək ruhla bəyan edirlər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Qarabağ hökmən işğaldan müharibə yolu ilə azad edilməlidir!



Vətən müharibəsində şəhid olan müəllimlərimiz
Birinci Qarabağ döyüşlərində itkin düşən şəhid Cavid Ələkbərovla vida mərasimi keçirilir
Mədət Quliyevə yeni müavin təyin edildi - FOTO
14 dekabr Milli Qəhrəman Əliyar Əliyevin doğum günüdür
Polad Həşimovun şəhid olmasının ildönümüdür
Milli Qəhrəman Əliyar Əliyevin şəhadətə ucaldığı gündür
Düşmənə qan udduran generalımız: Mais Bərxudarovun doğum günüdür
Milli Qəhrəmanın şəhid olduğu yerə onun xatirə lövhəsi vuruldu
Bu gün şəhid Rəşad Babayevin doğum günüdür
Nazir müavini təyin edilən Hikmət Mirzəyev- DOSYE
Qarabağ döyüşlərində hər iki ayağını itirən qazi vəfat etdi
Leyla Əliyevə şəhid Samirin ailəsinin evində olub
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 