“Google” şirkəti “Android” mobil əməliyyat sisteminin sonuncu - 10-cu versiyasının buraxılış tarixini açıqlayıb.
ONN media xəbər verir ki, “Google Pixel” smartfonlarının sahibləri “Android 10” versiyasını sentyabrın 3-dən etibarən quraşdıra biləcəklər.
Məlumata görə, sistem yenilənməsi bütün “Pixel” smartfonları, o cümlədən “Pixel 3”, “Pixel 3XL”, “Pixel 3a”, “3a XL”, eləcə də köhnə “Pixel 2/2 XL” modelləri üçün buraxılacaq. Bundan başqa, 2016-cı il buraxılışlı orijinal “Pixel” və “Pixel XL” modelləri də “Android 10” sistemi ilə təchiz ediləcək.
Qeyd edək ki, ötən həftə “Google” şirkəti “Android” mobil əməliyyat sisteminin yeni versiyalarının şirniyyat və desertlərin şərəfinə adlandırılması ənənəsindən imtina edəcəyini bəyan edib. Bunun əsas səbəbi kimi dünyanın müxtəlif ölkələrinin sakinlərinin şirniyyat adlarını başa düşməkdə çətinliklərlə üzləşməsi göstərilir.
Qeyri-adi ənənə 2009-cu ildə buraxılan “Android 1.6 Cupcake” sistemindən başlayıb. Onun ardınca isə əməliyyat sisteminin “1.6 Donut”, “2.0 Éclair”, “2.2 Froyo”, “2.3 Gingerbread”, “3.0 Honeycomb”, “4.0 Ice Cream Sandwich”, “4.1 Jelly Bean”, “4.4 KitKat”, “5.0 Lollipop”, “6.0 Marshmallow”, “7,0 Nougat”, “8.0 Oreo” və “9 Pie” versiyaları işıq üzü görüb.
Gələcəkdə “Аndroid” sisteminin növbəti versiyalarının hamısı yalnız yeni rəqəmə malik olacaq.
“Android 10” nə vaxt istifadəyə veriləcək?



“Google” öz smartfonları üçün şarj cihazından imtina etdi
"Google" APK-dan İMTİNA EDİR
Ən yaxşı smartfonların reytinqi MƏLUM OLDU
2018-ci ilin ən yaxşı smartfonları hansılardır?
"Google Chrome" 32 milyon qurğuda dəstəklənməyəcək
Play Store gücləndi
Telefonumuzun kamerasından izlənirikmi? - Ağıllı smartfon istifadəçilərini qorxudan detallar üzə çıxdı
Ən yaxşı smartfonun adı açıqlandı
Çin telefonları işlədənlərə PİS XƏBƏR
“Google” servisini əvəzləyəcək xidmət yaradılacaq
Yeni virus “Android” sistemli smartfonları dinləyir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 