İspaniyada 16 uşaqda "qulyabanı sindromu" adlanan nadir xəstəlik aşkarlanıb. Xəstəlik nəticəsində onların bədəni qeyri-adi dərəcədə tüklənib. ONN media xəbər verir ki, bu barədə xarici saytlarda məlumat yayılıb.. Mədə xəstəliyindən əziyyət çəkən gənc pasiyentlər "omeprazol"la müalicə olunub. Bu dərmanın tərkibində isə saç artıran kosmetik vasitə - minoksidil aşkar edilib. Nəticədə, uşaqlarda hipertrixoz yaranıb. Bu xəstəlik zamanı insan bədəninin normalda tüksüz olan yerləri cinsindən və yaşından asılı olmayaraq tüklənir. Xəstəliyə səbəb olan, "Farma-Química Sur SL" şirkətinə məxsus dərmanların bir neçə partiyası iyulun 11-də artıq satışdan çıxarılıb. Avqustun əvvəllərində isə növbəti partiya aşkar olunaraq götürülüb. Hökumət hesab edir ki, təhlükəli preparatlar İspaniyanın cənub hissəsində 30 aptekə paylanılıb. "Farma-Química Sur SL" şirkəti müvəqqəti olaraq lisenziyadan məhrum edilib və hazırda dərman istehsalı və satışı ilə məşğul ola bilməz. Təşkilat nümayəndələri güman edir ki, yararsız preparatlar Hindistan filialında istehsal olunub. Hökumətin verdiyi məlumata görə, səhv tərkibli "omeprazol" yalnız uşaqlarda "qulyabanı sindromu" yaradır, böyüklərə isə təsir etmir. Qeyd olunur ki, dərman qəbulunu dayandırdıqda, pasiyentlərin bədənindəki tüklənmə azalır.
"Qulyabanı sindromu"- Valideynlərin diqqətinə



17 körpə əczaçıların səhvi ucbatından xəstəliyə tutuldu
Valideynlərin DİQQƏTİNƏ! - Uşaqlara qeyri-adi xəstəlik peyda olub
Koronavirus davam edərkən daha bir dəhşətli xəstəlik ortaya ÇIXDI
Bu peyvənd ZƏRƏRLİDİR - XƏBƏRDARLIQ
Xoruldayanların nəzərinə - xoruldamaq ölümcül təhlükəlidir!
Cinsi yolla yayılan yeni xəstəlik: Həkimlər narahatdır
Qonşuda təhlükəli xəstəlik yayılır: ciyər kababı yeməyin!
Viktor Qasımov: "Hazırda 1000-ə yaxın şəxs karantində saxlanılır"
Səhiyyə Nazirliyindən meymunçiçəyi ilə bağlı AÇIQLAMA
Korona üçün isti havaya ümid etməyin – Həkim
Azərbaycanda meymun çiçəyi xəstəliyi qeydə alınıb? - RƏSMİ
Dondurmaların tərkibində antibiotiklər aşkar edilib - Siyahı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 