Rusiyada dondurmaların tərkibində müxtəlif bakteriyalar aşkar edilib.
Ən populyar 34 plombir markası yoxlanılıb. Onlardan yalnız üç növ plombir QOST-un keyfiyyət standartından kənara çıxıb.
Tərkibində kərə yağının əvəzinə bitki yağı qatıldığı, turşuluğunun həddən artıq olması təsbit edilib.
Bu isə bağırsaq çöpləri yaradır. Həmçinin bir sıra mədə-bağırsaq xəstəliyinə yol aça bilər.
Qurum, yararsız çıxan dondurmaların adlarını da açıqlayıb. Bunlar Moskva vilayətində isthsal olunan "Russkiy xolod"un məhsulları, Tomsk istehsalı olan "Eskimos" və "Voloqodskiy Plombir"dir.
Bununla yanaşı tam yararsız olmasa da, keyfiyyət standartının pozulması halı 12 marka plombirdə də aşkarlanıb. "Beloye zoloto" (Leninqrad vilayəti) və "Bodraya korova" (Belqorod vilayəti) markaları altında olan məhsullarda bitki yağları aşkarlanıb.
"Kak bılo" və "Sibxolod" (hər ikisi Omsk vilayətində istehsal olunur) dondurmalarının tərkibində nişasta göstərilməyib. "Artek" (Voloqod vilayəti) və "Volqoqradskiy plombir" (Volqoqrad vilayəti) dondurmalarının tərkibində isə bağırsaq çöpləri aşkarlanıb. "Volqoqradskiy plombir" dondurmasının tərkibində levomisetin antibiotiki, "Lipetskoye" plombirində isə tetrasiklin qrupu antibiotikləri tapılıb.
Qeyd edək ki, sözügedən dondurmaların əksəriyyətinə Azərbaycanda da rast gəlmək mümkündür. Yerli marketlərdə satılan Rusiya istehsalı olan dondurmaların keyfiyyət göstəricilərinin necə olduğu məlum deyil.
Milli.Az



Bu dondurmalar insan sağlamlığı üçün zərərdir
Palma yağının zərərləri nədir?
Rusiyanın qarpız və yemişləri təhlükəli hesab olundu
Keyfiyyətli dondurmanı saxtadan necə ayırmalı? - FOTO
Yağ alarkən bunlara diqqət edin
Ən təhlükəsiz bitki yağları MƏLUM OLDU
Çayın bilmədiyiniz ZƏRƏRLƏRİ
Dondurma alarkən diqqətli olun - Tanınmış professordan XƏBƏRDARLIQ
Çuğundurun əvəzedilməz SAĞLAMLIQ FAYDALARI
"Qulyabanı sindromu"- Valideynlərin diqqətinə
Zərərli olan dondurmalar hələ də satışdadır?
Bu şəxslərə pomidor yemək qadağandır - ZƏRƏRLƏRİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 