"Johnson&Johnson" tərəfindən hazırlanan COVID-19 peyvəndi nadir rast gəlinən nevroloji xəstəliyə səbəb ola bilər.
ONN media xəbər verir ki, bu barədə ABŞ Qida və Dərman İdarəsi (FDA) xəbərdarlıq edib.
İdarə "Guillain-Barre" Sindromu (GBS) kimi tanınan xəstəliklə bağlı 100-ə yaxın xəstəni araşdırıb. Nəticədə qərara gəlinib ki, "Johnson&Johnson" vaksini sözügedən xəstəliyə tutulmaq baxımından kiçik, lakin mümkün risk daşıyır.
"Guillain-Barre" Sindromuna indiyədək 50 yaş və yuxarı yaşlı kişilərdə rast gəlindiyi və simptomların vaksinasiyadan təxminən 2 həftə sonra görüldüyü bildirilib.
Mütəxəssislər "Johnson&Johnson" peyvəndi ilə GBS arasındakı mümkün əlaqəni müzakirə etməyə davam edəcəklərini deyiblər. Lakin peyvəndin hələ də təhlükəsiz və effektli olduğunu, potensial faydalarının risklərdən üstün olduğunu qeyd ediblər.
"Guillain-Barre" Sindromu sinir sisteminə güclü təsir edir. Bu xəstəlik ürəyin döyüntü ritminin pozulmasına, nəfəsalma çətinliyinə və bir çox problemə səbəb olur.



70 milyon peyvənd yararsız çıxa bilər
“Johnson & Johnson” şirkəti Dağlıq Qarabağla bağlı səhvini belə etiraf etdi
Bu peyvəndin Avropada istifadəsinə İCAZƏ VERİLDİ
"AzeriMed" “Johnson & Johnson” şirkətinin mallarının satışına qadağa tətbiq etdi
"SinoVac" peyvəndinə icazə verilir - PROSEDUR BAŞLADI
Conson Tokio səfərini ləğv etdi
Britaniya da boykota qoşula bilər
Boris Consonun son vəziyyəti necədir?
COVID-19 müharibəsində YENİ CƏBHƏ: 2022-ci ildə...
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 