Rusiyalı tərcüməçi və müsəlman dünyasının ictimai xadimi İman Valeriya Poroxova vəfat edib.
ONN media xəbər verir ki, bu barədə "Sprosite u Rasula" Telegram-kanalı xəbər yayıb. Poroxova ömrünün 79-cu ilində həyata əlvida edib.
Poroxova "Quran"ın rus dilinə yeganə fikri (semantik) və mənzum tərcüməsinin müəllifi kimi tanınıb. O, Quranı ruscaya sinxron və izahlı tərcümə etməklə bütün müsəlman dünyasının sevgi və hörmətini qazanıb.
2000-ci ilin aprelində Rusiya Təbiət Elmləri Akademiyasının Rəyasət Heyəti onu "Elmin inkişafındakı xidmətlərinə görə" akademiyanın fəxri nişanı ilə təltif edib. Tarix elmləri doktoru, Karnegi Mərkəzinin Moskva şöbəsinin əməkdaşı Aleksey Malaşenko "Quran. Mənaların və Təfsirlərin tərcüməsi"ni parlaq bir poetik əsər kimi qiymətləndirib. Qeyd edək ki, milliyətcə rus olan Valeriya Poroxova xristian olub. O, 1975-ci ildə Suriya vətəndaşı Məhəmməd Səid əl-Roşdla ailə həyatı qurub. Buna baxmayaraq, 1981-ci ildə pravoslav kimi xaç suyuna alınıb. 1985-ci ildə Moskvadan Dəməşqə köçəndən sonra isə İslamı qəbul edib və İman adını görtürüb. O zamandan Quranın tərcümə etməyə başlayıb və bu işi 1991-ci ildə başa çatdırıb. (Sputnik Azərbaycan)


Kamil Vəli Nərimanoğlu vəfat etdi
Aydın Abiyev vəfat etdi
Lənkəran Dövlət Universitetinin əməkdaşı vəfat edib
SON DƏQİQƏ: Vasim Məmmədəliyev vəfat etdi
AMEA institutunun iki əməkdaşı vəfat edib
Çinin tələbi ilə Quran proqramı silindi
Zərifə Əliyeva aprelin 15-də vəfat edib
Tibb Universitetinin məşhur kafedra müdiri vəfat etdi
Tanınmış iqtisadçı alim İsa Alıyev vəfat edib
Bu gün akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümüdür
İlham Əliyev akademiki təltif etdi
25 fevral İhsan Doğramacının vəfat etdiyi gündür
Polis 8 avtomat, 2 tüfəng və 548 patron aşkarladı
Bakıda bu ərazilərdə söküntülər planlaşdırılır - ÜNVANLAR
Bulvarda klassik və sürət avtomobillərinin festivalı keçirilir
ASAN Xidmətdə çalışanların NƏZƏRİNƏ
Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı
Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?
Naxçıvan sakinlərinə şad xəbər
Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı
Laçında yeni yaşayış məhəllələri salınır
"Təmiz qidalanma" trendinin təhlükəsi barədə XƏBƏRDARLIQ
Hasan Can Kaya evləndi
Marketlərdəki bu ucuz məhsul ciddi problemin dərmanı imiş
İranın nə qədər raketi qalıb? - Tramp açıqladı
Günün qoroskopu: Aktiv və praktik olun
Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi 