Azərbaycanla Avropa İttifaqı arasındakı yeni sazişlə bağlı danışıqları Avropa Komissiyasının hazırkı heyəti ilə başa çatdırmaq yaxşı olardı. Report xəbər verir ki, bu barədə Azərbaycanın Avropa İttifaqındakı səfiri Fuad İsgəndərov bildirib. “İkitərəfli münasibətlərimiz güclənir. Trans-Adriatik qaz kəmərilə bağlı işlər yekunlaşır, bu kəmərlə ilk qazın 2020-ci ilədək Avropaya nəql olunacağına ümidvarıq. Azərbaycanın ümumi yanaşması belədir ki, siyasi dialoqu gücləndirmək, ikitərəfli razılığa nail olmaq üçün əvvəlcə möhkəm iqtisadi bünövrə yaradılır”, - deyə diplomat qeyd edib. Aİ ilə yeni sazişin imzalanma tarixi barədə suala cavab verən səfir bunları deyib: “Elə əvvəldən hər hansı vaxt məhdudiyyətimiz olmayıb. Danışıqların məqsədi bu deyildi. Azərbaycan tərəfi üçün əsas məsələ Aİ-dəki dostlarımızla qarşılıqlı faydalı, əhatəli, strateji təmayüllü saziş imzalamaqdan ibarətdir. Beləliklə, Azərbaycan Aİ ilə ikitərəfli sazişin öz variantını ortaya qoyan ilk ölkə oldu. Danışıqlar başlayanda Avropa tərəfli xeyli sayda dəyişikliklər etmişdi, yəni təkcə bizim yox, Avropanın də təklifi üzərində iş gedirdi. Aİ tərəfi danışıqları Komissiyanın münasibətlərimizdə xeyli irəliləyişə nail olduğumuz hazırkı heyətinin səlahiyyət dövründə başa çatdırmağı təklif etdi. Danışıqları Avropa Komissiyasının hazırkı heyətilə başa çatdırmaq yaxşı olardı, lakin biz buna çox aludə olmuruq”. Səfir sənədi tezliklə imzalamaq üçün tərəflərin güzəştli variant tapmasının zəruri olduğunu da qeyd edib. "Aİ ilə Mercosur (Cənubi Amerika ölkələrinin müştərək bazarı – red.) ticarət sazişi imzalamaq üçün 20 il vaxt sərf etdilər. Biz bu qədər gözləmək istəmirik... Artıq süründürməçiliyə son qoymağın, daha kreativ olmağın vaxtı gəlib" - deyə diplomat vurğulayıb.
Azərbaycan bunu edən ilk ölkə oldu - Səfir



Prezident: Azərbaycan siyasi və iqtisadi islahatlar siyasətini davam etdirir
Azərbaycanla Aİ arasında danışıqların növbəti raundu keçirilib
2017-ci il Avropa İttifaqı-Azərbaycan əməkdaşlığı üçün uğurlu oldu - Səfir
Aİ-Azərbaycan danışıqlarının növbəti mərhələsi bu tarixlərdə keçiriləcək
Prezident Slovakiyanın Xarici İşlər və Avropa nazirini qəbul etdi
Aİ ilə əməkdaşlığa mane olan yeganə amil… – Şərh
Avropa İttifaqı Azərbaycanla əməkdaşlıqda maraqlıdır
İlham Əliyev Portuqaliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Ceyhun Bayramov Belçika səfirini qəbul etdi
Ceyhun Bayramov Rumıniya səfiri ilə görüşdü
İran səfiri Azərbaycanı tərk etdi
Gürcüstanın Avropa İttifaqındakı səfiri istefa verdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 