2021-ci ilin 13 aprel tarixində nazir Ceyhun Bayramov Rumıniyanın Azərbaycan Respublikasındakı səfiri Dan Yancunun diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. Xarici İşlər Nazirliyindən ONN media -ya verilən məlumata görə, görüşdə Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlığa əsaslanan ikitərəfli siyasi əlaqələrin yüksək inkişaf səviyyəsindən razılıq ifadə olunub. Tərəflər iqtisadiyyatın müxtəlif sahələri üzrə, o cümlədən enerji və nəqliyyat sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğunu qeyd edib. Pandemiya ilə bağlı məhdudiyyətlər aradan qalxdıqdan sonra hərtərəfli əməkdaşlığın uğurla davam etdiriləcəyindən əminlik ifadə olunub. Nazir Ceyhun Bayramov Azərbaycan ilə strateji tərəfdaşlıq sazişi imzalayan ilk Avropa ölkəsi kimi Rumıniya ilə əlaqələrin inkişafının ölkəmiz üçün prioritet təşkil edən məsələlərdən biri olduğunu vurğulayıb. Səfir Dan Yancu diplomatik fəaliyyətinin uğurla həyata keçirilməsi üçün ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib. Azərbaycanda fəaliyyət göstərdiyi müddətdə ölkəmizdə baş verən bir sıra tarixi hadisələri xatırlayan səfir, hazırda Azərbaycan üçün yeni tarixi dönəmin başlandığını və bu xüsusda bütün bölgə üçün yeni imkanların açıldığını qeyd edib. Nazir həyata keçirdiyi uğurlu fəaliyyətə görə səfirə minnətdarlığını ifadə edib və ona gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Ceyhun Bayramov Rumıniya səfiri ilə görüşdü



Ceyhun Bayramov səfirlə görüşdü
İran səfiri Azərbaycanı tərk etdi
İlham Əliyev rumıniyalı naziri qəbul etdi - YENİLƏNİB
Ceyhun Bayramov Küveytin səfiri ilə görüşdü
Ceyhun Bayramov Yankauskasla vidalaşdı
Azərbaycan BMT ilə əməkdaşlığa əhəmiyyət verir - Nazir
Bayramov Qaribaşvili ilə görüşdü
Ceyhun Bayramov tacikistanlı həmkarı ilə görüşüb
Ceyhun Bayramov Banqladeşin səfiri ilə görüşüb
Ceyhun Bayramov polşalı həmkarı ilə danışdı
Bayramov Çinin XİN rəhbəri ilə danışdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 