Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hazırkı dönəmdə tərəflər iki dövlət arasında tarixi köklərə əsaslanan dostluq və əməkdaşlıq münasibətlərinin qarşılıqlı hörmət əsasında inkişafından məmnunluq ifadə ediblər. Hazırda siyasi, iqtisadi, ticarət və digər istiqamətlərdə münasibətlərin inkişafı üzrə əhəmiyyətli addımlar atıldığı vurğulanıb.
Məlumata görə, C.Bayramov, eyni zamanda, regional və çoxtərəfli çərçivələrdə iki ölkə arasında əlaqələrin inkişafının, “3+3” kimi regional formatların səmərəli fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
Səfir Seyid Abbas Musəvi diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkür edib. Səfir kimi çalışdığı müddətdə ikitərəfli münasibətlərin inkişafı üçün bütün imkanların səfərbər edildiyini qeyd edib, ondan sonra gələcək səfirin də bu münasibətlərin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyindən əmin olduğunu vurğulayıb.
Görüş zamanı tərəflər arasında qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
C.Bayramov səfir Seyid Abbas Musəviyə gələcək fəaliyyətində uğurlar arzulayıb.



Ceyhun Bayramov səfirlə görüşdü
Pakistanın Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatdı
Bayramov Qaribaşvili ilə görüşdü
Ceyhun Bayramov Rumıniya səfiri ilə görüşdü
Seyid Abbas Müsəvi Tehrana çağırıldı: SƏBƏB NƏDİR?
Bayramov Çinin XİN rəhbəri ilə danışdı
Ceyhun Bayramov polşalı həmkarı ilə danışdı
Ceyhun Bayramov Yankauskasla vidalaşdı
Azərbaycan və Almaniyanın XİN başçıları Ukraynadakı vəziyyəti müzakirə ediblər
Ceyhun Bayramov Küveytin səfiri ilə görüşdü
Azərbaycan və İraqın XİN başçıları görüşdü
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 