Əməkdar artist Röya Ayxanın "Səni sevmək mənə çox yaraşır" adlı son layihəsinin plagiat olduğu iddia edilib.
ONN media xəbər verir ki, sənətçinin ötən ayın sonunda təqdim etdiyi mahnı fars musiqiçilərindən bəhrələnərək ərsəyə gəlib.
Trenddə 19-cu yerdə olan sözügedən musiqi İranda məşhur olan "Evan Band (E 1)" qrupunun "Alijenab" albomunda yer alan bəstələrdən biridir. Hossein Sharifi və Foad Ghafaridən ibarət qrupun ifa etdiyi əsər "Zibaye Man" adlanır və bu ilin may ayında "Persian Media Group"un "Youtube" hesabında paylaşılıb.
"Zibaye Man" bu günədək iki milyondan çox baxış toplayıb, müəllifləri Foad Ghafari və Hadis Dehghandır. Lakin, Əməkdar artistin layihəsinin müəllifinin Fərid Ağa olduğu vurğulanıb.
Bildirir ki, hər iki mahnı arasında oxşarlıq çoxdur, demək olar ki, eynilik təşkil edir. Bəstənin başlanğıcı, sonu eynidir, "Zibaye Man"a Azərbaycan dilində sözlər bənd edildiyi üçün musiqidə avtomatik olaraq dəyişiklik hiss olunur. Fərid Ağa musiqinin əsas melodiyası üzərində "Səni sevmək mənə çox yaraşır"ı yaradıb.
Həmçinin R. Ayxan "re minor"da, iranlı gənclər isə "re diyez minor"da ifa ediblər. Əməkdar artist mahnını fərqli oxusa da, harmoniya eynidir.
"Qafqazinfo" mövzu ilə barədə Fərid Ağa ilə əlaqə saxlayıb. "Səni sevmək mənə çox yaraşır"ın müəllifi bəstənin plagiat olmadığını qeyd edib:
"Plagiat deyil, musiqi, bənd və nəqarət başqa şeylərdir. Ola bilsin ki, gitara ifa edilən yerləri hansısa mahnıya bənzədilsin. Sizə mövqeyimi belə izah edim. Rusiyanın məşhur bəstəkarı İgor Krutoy 6 il əvvəl ilin ən yaxşı plagiat mahnılarının müəllifi olduğu üçün festivalda birinci yeri saxladı. Sual verdilər ki, necə olur ki, siz belə qalib olursuz? O da cavab verir ki, əsrlər boyu mahnılar yazılıb, biz isə onları aranjiman edirik. Mənim mövqeyim budur".



Nadir Qafarzadə Röyanın mahnısını oxudu – VİDEO
Röya da Yıldız Tilbe üçün “39-lar”a qoşuldu
Röyadan İNANILMAZ SÖZLƏR: “Yeni ildə borc aldım ki, evə bazarlıq edim”
Zamiqlə Röyadan ŞOK GÖRÜNTÜLƏR - VİDEO
Röya səhnəyə elə vəziyyətdə çıxdı ki...
Afaqla Röya barışdı
Röya qardaşı ilə duet oxudu
Röyanın makiyajsız halını görənlər... - FOTO
Reanimasiyaya yerləşdirilən Yaqub Zurufçudan XƏBƏR VAR
Məhkəmə Röyanın iddiası ilə bağlı qərar verdi
Azərbaycanın tanınmış əməkdar artisti vəfat etdi
Röya Ayxanın möhtəşəm ad günü
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 