ONN İnformasiya Agentliyi

Reanimasiyaya yerləşdirilən Yaqub Zurufçudan XƏBƏR VAR

Reanimasiyaya yerləşdirilən Yaqub Zurufçudan XƏBƏR VAR
10-09-2021, 11:46

Koronavirusa yoluxan və reanimasiyaya yerləşdirilən Əməkdar artist Yaqub Zurufçunun vəziyyəti kritikdir.

ONN media xəbər verir ki, bunu Publika.az-a açıqlamasında Əməkdar artistin həyat yoldaşı Aynur Zurufçu deyib.

O bildirib ki, reanimasiyada olan həyat yoldaşının vəziyyətində hələlik hər hansı bir dəyişiklik yoxdur: "Yaqub bəyin vəziyyəti kritikdir. Olduğu kimidir".

Əməkdar artistin müalicə aldığı xəstəxana ilə əlaqə saxlasaq da, onun səhhəti ilə bağlı məlumat verə bilməyəcəklərini bildirdilər.

Qeyd edək ki, Yaqub Zurufçu bir həftə əvvəl COVID-19-a yoluxub. O, ötən gün Yeni Klinikaya köçürülüb. Məsələ Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətinə götürülüb.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png