Bakı Bulvarının ən əzəmətli attraksionu Xəzər dənizinin tam sahilində yerləşən, şəhərin ən hündür yelləncəyi hesab edilən “Şeytan çarxı” adı ilə məşhur olan Panoram attraksiondur. 2014-cü ildən şəhər sakinlərinin istifadəsinə verilən bu yelləncəyə minmək bir çoxunun könlündən keçsə də, qiymətlər buna imkan vermir. “Şeytan çarxı”ndan Bakını izləmək istəyən 6 yaşdan yuxarı hər kəs pul ödəməlidir. Belə ki, 6-12 yaş 3 manat, 12 yaşdan yuxarı isə 5 manatdır. Bir çoxları hesab edir ki, istifadəyə verilməsi əhali tərəfindən səbirsizliklə gözlənən karusel 5 ildir fasiləsiz olaraq işləsə də, məhz bu səbəbdən bir o qədər də müştərisi yoxdur. Maraqlıdır, bəs görəsən qiymət nəyə əsasən tənzimlənir? Panoram attraksion daha ucuz ola bilməzdimi? Dənizkənarı Bulvar İdarəsinin mətbuat katibi Günay Yelmarqızı bildirib ki, Bulvardakı Panoram attraksionda 6 yaşa qədər uşaqlar üçün minik pulsuzdur: “Milli Park ərazisindəki attraksionlardakı qiymətlər həmin attraksionların saxlanılmasına sərf edilən xərclərlə müqayisədə əslində çox aşağıdır. Nəzərə almaq lazımdır ki, qaydalara görə qiymətlər karusel və attraksionların saxlanılmasına sərf olunan xərclərə uyğun tənzimlənir. Ancaq Bakı Bulvarında bu nəzərə alınmır. Həmin attraksionların istifadə olunduğu digər ölkələrlə müqayisədə qiymətlər bizdə olduqca aşağıdır. Yəni onlara sərf olunan xərclər heç hesablanmır. Belə deyək, qiymətlər hər bir vətəndaşın cibinə uyğun tərtib edilib”. G.Yelmarqızı bildirib ki, Bakı Bulvarında olan attraksionlardan müəyyən aksiyalar çərçivəsində pulsuz istifadə də həyata keçirilir: “Ümumi qaydalarda Panoram attraksionda hər hansısa təbəqədən olan şəxslərə müəyyən güzəştlər nəzərdə tutulmur. Ancaq bulvarında mütəmadi olaraq aksiyalar təşkil edilir ki, bu zaman da attraksionlardan istifadə pulsuz olur. Belə aksiyalarda hər bir təbəqədən olan vətəndaş attraksionlardan pulsuz istifadə edə bilər”. Xatırladaq ki, tikintisinə 2013-cü ildə başlanılan və 2014-cü ildə istifadəyə verilən "Şeytan çarxı" kimi tanınan Panoram attraksion Hollandiya şirkəti “Dutch Wheel” tərəfindən quraşdırıb. Bu karuselin 28 adi və adilərdən bir az fərqlənən daha rahat oturacaqlarla və stolla təmin edilmiş 4 VİP kabinəsi var. Attraksionun bir kabinəsində 8, VİP kabinələrdə isə 4 sərnişin otura bilər. Attraksionda eyni vaxtda ümumilikdə 240 sərnişin əyləşə bilər. Bakının köhnə məşhur “Şeytan çarxı”ndan 3 dəfə böyük olan karuselin diametri 60 metrdir. Attraksionun bir dəfə dövrə vurması insan sayından asılı olaraq 10 dəqiqədən yarım saata qədərdir.
“Şeytan çarxı”nın qiyməti baş gicəlləndirir



Şeytan çarxı fəaliyyətini dayandırıb?- Rəsmi
Attraksionlarla bağlı ŞAD XƏBƏR
Məşhur aktrisa Bakıya gəlib
Yeni ili Azərbaycanda qeyd etmək istəyirsinizsə MÜTLƏQ OXUYUN
Bulvarda pulsuz bayraqlar hədiyyə olunacaq
Bakı çimərliklərində qiymətlər necədir?
Yeni ili Bakıda hoteldə qeyd etmək istəyənlərin DİQQƏTİNƏ
Yeni il bayramının PROQRAMI açıqlandı
Bulvarda sökülən attraksionların yerinə niyə yeniləri gətirilmir?
Bulvarda gözlənilən bayram ab-havası başladı - FOTOLAR
Ət nə qədər bahalaşıb? – Son qiymətlər
Bakı bulvarının əsas pirsi bağlandı - SƏBƏB?
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 