Bəzi ət dükanlarında mal və qoyun ətinin qiymətlərində süni artım müşahidə olunur. Vətəndaşlar 1 kiloqram ətin qiymətində 4 manata qədər artım olduğunu iddia edirlər.
ONN media bildirir ki, Axar.az-ın ət dükanlarında apardığı müşahidələrə görə, qiymət dəyişikliyi əsasən yoxdur, bəzi məntəqələrdə isə 1 manata qədər bahalaşma müşahidə edilir.
Dükanların bəzilərində mal ətinin qiyməti sabit qalıb - 11 manatdır. Eyni dükanda quzu əti isə 1 həftə ərzində 1 manat bahalaşaraq 15 manat olub. Quzu ətinin 13,5-14,5 manata satıldığı dükanlar da var.
Bir sıra dükanlarda mal ətinin qiyməti 1 həftə əvvəl 10,5-11 manat idisə, hazırda 11,5 manatdır.
Maraqlıdır ki, ət dükanlarında qiymətlər fərqlidir, vahid qiymət yoxdur. Bəzi satıcılar qiymət artımının səbəbini baytarlıq sənədinin verilməsi üçün nəzərdə tutulan rüsumun artırılması ilə əlaqələndirirlər. Rəsmi məlumata görə isə baytarlıq sənədləri ilə bağlı rüsumda heç bir artım yoxdur. Qəssablar bahalaşmanı bölgələrdə fermerlərin xərclərinin artması ilə də əlaqələndirirlər.



ŞAD XƏBƏR- Ətin qiyməti ucuzlaşdı
Azərbaycanda quzu əti bahalaşdı
Azərbaycanda ətin qiyməti bahalaşdı
Qurban bayramına görə ət bahalaşdı?
Ət bahalaşdı, restoranlar qiymətləri artırdı
Ətin qiymətində İNANILMAZ ARTIM
Kartofun qiyməti kəskin bahalaşdı
Ev almaq istəyənlərin NƏZƏRİNƏ
Ev tikmək istəyənlərə ŞAD XƏBƏR
Yumurta və toyuq əti kəskin bahalaşıb - SƏBƏB?
Bakıda ətin qiyməti kəskin bahalaşdı
Mal əti UCUZLAŞDI - Son qiyməti
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 