Yeni ili maraqlı və yaddaqalan keçirmək hər kəsin arzusudur. Bakıda fəaliyyət göstərən müxtəlif otellər belə arzusu olanlar üçün bu imkanı yaradır.
Maraqlıdır, otellərdə bir neçə saatlıq Yeni il bayramını qeyd etmək neçəyə başa gəlir?
ONN media axar.az-ın paytaxtda yerləşən otellər arasında bununla bağlı keçirdiyi sorğunu təqdim edir:
“Bulvar” otel
Bu otelin restoranında təşkil olunan Yeni il gecəsində iştirak etməyin qiyməti 220-300 manat arasında dəyişir. 6 yaşa qədər uşaqlara giriş pulsuzdur. 6-12 yaş aralığında olanlar isə 50 faiz endirimlə oteldə yeni ili qarşılaya bilərlər. Bu qiymətə şou proqramlar, yeməklər və seçimə görə ağ, qırmızı şərab daxildir.
“For Sizn” otel
Bu oteldə Yeni ili 1-ci və 9-cu mərtəbələrdə qeyd etmək mümkündür. Əgər bayramı 1-ci mərtəbədə yerləşən restoranda qeyd etmək istəyirsinizsə, buraya giriş pulsuzdur və yalnız menyudan sifariş verdiklərinizin pulunu ödəyəcəksiniz. Otelin 9-cu mərtəbəsində isə şərab seçimindən asılı olaraq qiymətlər 250-350 manat aralığında dəyişir.
“Fairmont Baku” hotel
“Fairmont”da da Yeni il fərqli mərtəbələrdə qeyd ediləcək. Otelin 3-cü mərtəbəsində Yeni il proqramı saat 21.00-dan 03.00-a kimi davam edəcək və burada adambaşına düşən məbləğ 150 manatdır. 19-cu mərtəbədə yerləşən restoranda isə 20.00-dan 01.00-a kimi davam edəcək və giriş 299 manatdır.
“Vinter Park” otel
Bu oteldə Yeni il proqramı saat 20.00-dan gecə saat 2-yə, 3-ə qədər davam edəcək. “Vinter Park”da Yeni ili qarşılamaq istəyənlər 200 manat ödəniş etməlidirlər. 3 yaşa qədər uşaqlara restorana giriş pulsuz, 3 yaşdan 12 yaşa qədər 100 manat, böyüklər üçün isə 200 manatdır.
“JV Marriott Abşeron” otel
Burada Yeni ili qeyd etmək istəyən şəxslər 120 manat ödəniş etməlidirlər. 6 yaşa qədər uşaqlar pulsuz, 6 yaşdan 12 yaşa qədər olan uşaqlara görə isə 50 faiz endirim tətbiq olunur.
“Hilton Baku”
“Hilton”un 24-cü mərtəbəsində canlı musiqi, saksofon və 6 növ yemək, 1 bakal şərab 210 manatdır. Bütün bunlar otelin 25-ci mərtəbəsində isə 250 manata təklif edilir. 1-ci mərtəbədə isə açıq bufet və içkilər cəmi 130 manata təklif olunacaq.
“Park İnn” otel
Bu oteldə Yeni il gecəsi üçün hər hansı proqram təşkil edilməyəcək. 1-ci mərtəbədə yalnız şam etməyə icazə veriləcək. Bunun üçün isə xüsusi bir məbləğ təklif edilmir. Menyuda olan qiymətlərə uyğun olaraq hesabı ödəyəcəksiniz.



Yeni ili Azərbaycanda qeyd etmək istəyirsinizsə MÜTLƏQ OXUYUN
Bakıda oteldə bir gecə FANTASTİK QİYMƏTƏ - FOTO
Otellər açılışa hazırdır- Qiymətlər açıqlandı
Azərbaycanda yeni il tətili üçün şok qiymətlər
Azərbaycan otellərinin "əl yandıran" YENİ İL QİYMƏTLƏRİ
Bakıda məşhur restoranların Yeni il qiymətləri
Bakı çimərliklərində qiymətlər necədir?
Şuşaya giriş məhdudlaşdırılır
"Google"dan YENİLİK
SON DƏQİQƏ: 1000 nəfərin olduğu otel binası MÜHASİRƏYƏ ALINDI - Onlarla polis əraziyə yeridildi
Pişiklər üçün 5-ulduzlu otel açıldı
Ərəblər Azərbaycanda otel biznesi qurmaq istəyirlər — RƏSMİ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 