Sumqayıt şəhərindən paytaxta və əks istiqamətdə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücülərə Alatava (Şamaxinka adlanan ərazi), 20 Yanvar və 3-cü mikrorayon dairəsi yaxınlığında saxlayaraq sərnişin düşürüb-mindirilmələrinə icazə verilməyəcək.
ONN media xəbər verir ki, bu barədə “Qafqazinfo”ya məlumatı Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov verib.
O bildirib ki, yeni dərs ilinin başlanması ilə sözügedən ərazilərdə süni sıxlığın yaranmasının qarşısını alma məqsədilə görülüb:
“Sumqayıtdan gələn sürücülər, tələbələr bilməlidir ki, Sumqayıt avtovağzalından çıxan avtobuslar birmənalı olaraq Bakı Beynəlxalq avtovağzalında saxlamalıdır.
Artıq sürücülərə xəbərdarlıq edilir. Reydlər aparılacaq. Həmin ərazi bizim tərəfimizdən nəzarətdə olacaq. Bakı Nəqliyyat Agentliyi də bizimlə birgə fəaliyyət göstərəcək. Dayanma durma tələblərinin pozulması ilə bağlı avtomatik elektron qərar qəbul olunub. Birmənalı olaraq həmin ərazidə kiminsə dayanması qanunsuzdur, məsuliyyətə cəlb olunacaq.
Təhsil müəssisələri və onların ətrafında, bəzi küçə və prospektlərdə süni sıxlığın, tıxacların yaranmaması üçün sürücü valideynlərdən xahiş edirik ki, dayanma durma tələblərinə düzgün riayət etsin. Avtomobili olmayan, ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin də dərsə, işə və ya hər hansı bir istiqamətə gedərkən ləngiməməyə çalışmalıdır”.



DYP -dən bu şəxslərə XƏBƏRDARLIQ
Bakı-Sumqayıt yolu bağlandı – VİDEO – Alternativ yolların SİYAHISI
Vaqif Əsədov xəstəxanaya yerləşdirildi
Ramil Usubovdan yeni TƏYİNAT
DYP sürücülərə növbəti dəfə xəbərdarlıq etdi
Yol polisindən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Bakı yollarında tıxacın əsas səbəbi nədir?- AÇIQLAMA
Ramil Usubovdan yeni TƏYİNAT
DİQQƏT- Polis reydə başladı
"Son zəng"lə bağlı vətəndaşlara müraciət
Bakı polisindən mitinq iştirakçılarına XƏBƏRDARLIQ
Bunu etsəniz, 40 manat cərimələnəcəksiniz – Əhaliyə XƏBƏRDARLIQ OLUNDU
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 