"Dünəndən etibarən Dövlət Yol Polisi İdarəsi paytaxt ərazisində keçirilən "Zəfər Günü" tədbirləri ilə əlaqədar olaraq sürücülərə xəbərdarlıq edib. Hansı küçə və prospektlərin bağlı olacağı barədə ətraflı məlumat verilib. Lakin təəssüf ki, bəzi sürücülər xəbərdarlığa məhəl qoymadan məsuliyyətsizlik edir və nəticədə Neftçilər prospektində maddi zərərlə nəticələnən bir neçə yol-nəqliyyat hadisəsi baş verib".
Bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
V. Əsədov bildirib ki, yol polisi tədbirlərin təhlükəsiz şəraitdə keçirilməsi üçün intensiv fəaliyyət göstərir. "Lakin bəzi sürücülərin məsuliyyətsizliyi nəticəsində qəzalar baş verir, tıxaclar yaranır. Sürücülərə müraciət edərək paytaxtın mərkəzi ərazilərinə şəxsi avtomobillərdən istifadə etməməyi tövsiyə edirik. Həmin istiqamətdə hərəkət edən ictimai nəqliyyatdan istifadə etsinlər. Eyni zamanda Neftçilər prospekti boyu dayanma-durma qaydalarına riayət etmək lazımdır".
Vaqif Əsədov onu da əlavə edib ki, bütün bunlar insanların təhlükəsizliyi üçündür: "Zəfər Günüdür, böyük bayramdır. Bu bayramı gözəl şəkildə qeyd etmək üçün hər birimiz özümüzdə məsuliyyət hiss etməliyik. Yol polisinin işini daha da çətinləşdirən addımlardan çəkinmək lazımdır. Avtomobillə mərkəz istiqamətində hərəkət həm sizin vaxtınızı alacaq, həm də müxtəlif xoşagəlməz hadisələrə səbəb ola bilər. Bir anlıq düşünək ki, qanunsuz yerdə park etməklə digərlərinə ciddi maneə yaradırıq".
Polis polkovniki qayda pozan sürücülərə qarşı inzibati tənbeh tədbirlərinin görüləcəyi ilə bağlı xəbərdarlıq da edib. "Kütəvi tədbirlər o demək deyil ki, qaydaları pozmaq olar. Yol polisi qaydalara riayət etməyən, dayanma-durmanı pozan sürücülərə qarşı inzibati qaydada tədbirlər görəcək. Bir daha sürücüləri intizamlı olmağa dəvət edir, maksimum dərəcədə şəxsi nəqliyyat vasitələrindən istifadə etməməyə çağırırıq".



Bakıda qarlı havada baş verən qəzaların sayı AÇIQLANDI
DYP bu şəxslərə müraciət etdi
DYP -dən sürücülərə MÜRACİƏT
DİQQƏT: Bakının bu yollarında nəqliyyatın hərəkət istiqaməti dəyişdirilir - SİYAHI
DYP-dən XƏBƏRDARLIQ: “Hava şəraitinə uyğun sürət həddi seçsinlər”
DİQQƏT: Zəfər paradına görə bu yollar BAĞLANIR - RƏSMİ
Yol polisi karantin rejimi ilə bağlı daha bir çağırış etdi
DYP bu şəxslərə müraciət etdi
Polis “20 Yanvar”da taksi saxlamağa qadağa qoydu
Yol polisindən XƏBƏRDARLIQ
DYP bu sürücülərə XƏBƏRDARLIQ ETDİ
"Son zəng"lə bağlı vətəndaşlara müraciət
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 