Nazirlər Kabineti tərəfindən bu il üçün ayrılan 6800 kvotanın yarısından çoxu tamamlanıb. ONN media xəbər verir ki, bunu “Dəyişən dünyada qlobal böhranlar fonunda əməkçi miqrantların əsas problemlərinin həlli yolları” mövzusunda keçirilən mətbuat konfransı zamanı jurnalistlərə açıqlama verən Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov deyib. V.Hüseynov kvotanın bitdiyi təqdirdə hökumət tərəfindən bu məsələyə təkrar baxıla biləcəyini istisna etməyib. DMX rəisi əmək bazarının milliləşməsinin dövlətimizin yanaşmasından biri olduğunu qeyd edib: “Hazırda milliləşmənin yüksək nəticələri var. Sevindirici haldır ki, enerji və neft sektorunda 90 faizdən yuxarı milli vətəndaşların əməyindən istifadə olunur. Əməkçi bazarının dinamikasına baxsaq, milliləşmə tədbirləri öz nəticəsini verir. Çünki əvvəlki illərlə müqayisədə bu kvota daha yüksək idi. Burada yanaşma ondan ibarət deyil ki, hansısa sahibkarlıq subyekti və ya bazarı sıxışdırılsın. Bu, paralel tədbirlərin, yəni yerli işçi qüvvəsinin bilik və bacarığını artırmaq, onun əvəzlənməsi prosesini həyata keçirməkdir. Əvvəllər hər hansı tikinti və ya səhiyyə sektorunda əcnəbilər var idisə və indi bu gün onları yerli mütəxəssislər kompensasiya edirsə, bu, nəticə olaraq milliləşmənin göstəricisidir. Bu da təbii ki, kvotaya təsir edir”. Miqrasiya rəisi əcnəbi şəxslər üçün iş icazəsi alındığını və icazə müddətinə görə dövlət rüsumunun dəyişdiyini bildirib: “6 aylıq iş icazəsi üçün dövlət rüsumunun qiyməti 500 manatdır, 1 illik rüsumun qiyməti isə 1000 manatdır”.
Bu rüsumun qiyməti 1000 manatdır - DMX-nin rəisi



Bu miqrantların Azərbaycanda müvəqqəti yaşamasına icazə verildi - RƏSMİ
Sahibkarlığın vergi yükü azaldılacaq
Prezident daha bir deputata vəzifə verdi
İlham Əliyev sərəncam imzaladı
Xidmət rəisi bahalı avtomobil alıb?- AÇIQLAMA
DİN-dən Mehman Hüseynovun saxlanılması ilə bağlı AÇIQLAMA
Azərbaycan vətəndaşlığına bərpa edilmiş şəxslərin andiçmə mərasimi oldu
Həcc ziyarətinin şok qiymətləri - QMİ SƏBƏBLƏRİ açıqladı
Xaricilərə iş icazəsinin verilməsi ilə bağlı dəyişiklik
Azərbaycanda bu şəxslərə ehtiyac azalıb - Nazir
Dövlət Əmək Müfəttişliyi Xidmətində yeni təyinat
338 nəfər Azərbaycan vətəndaşlığına qəbul edildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 