Vergilər Nazirliyi kiçik və orta sahibkarlığın inkişafına vergi yükünü azaltmaqla dəstək olacaq.
ONN media xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Avropa İttifaqı biznes forumunda vergilər naziri Mikayıl Cabbarov deyib.
Nazir onu da qeyd edib ki, vergi güzəştləri qeyri-neft sektorunda fəaliyyət göstərən müəssisələrin fəaliyyətlərinin genişlənməsinə və daha çox gəlir əldə etmələrinə səbəb olacaq.
Biznesin inkişafında iş icazələrinin vacibliyinə diqqət çəkən Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov isə sahibkarların bütün problemlərini həll etmək üçün rəhbərlik etdiyi qurumda yeni məsləhətçi şuranın yaradılacağını açıqlayıb.
Vüsal Hüseynov bu şurada bütün sahibkarlıq subyektlərinin təmsil olunacağını və beləliklə iş adamlarının miqrasiya ilə bağlı bütün problemlərinin qısa zamanda həll ediləcəyini bildirib. Xidmət rəisi xaricdən Azərbaycana gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin yaşadıqları yer üzrə qeydiyyata düşmələri üçün yeni elektron sistem hazırlandığını da deyib.
Qeyd edək ki, Azərbaycan-Avropa İttifaqı biznes forumunda 700-ə yaxın sahibkar, müstəqil ekspertlər, eləcə də Azərbaycan və Avropa İttifaqının yüksək vəzifəli şəxsləri iştirak ediblər. Biznes forumun keçirilməsində məqsəd Azərbaycan ilə Avropa İttifaqı arasında ticarət dövriyyəsinin artırılması və bunun üçün tələb olunan yeni təcrübələrin öyrənilərək tətbiq edilməsidir.



Biznes strukturlarının vergi islahatlarından məmnunluğu onların şəffaf fəaliyyəti ilə birbaşa bağlı olacaq
Xaricilərə iş icazəsinin verilməsi ilə bağlı dəyişiklik
Azərbaycan ilə Yaponiyanın vergi xidmətləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Nazir: "Vergi yoxlamalarının sayı azaldılacaq"
Azərbaycanda Vergi Ombudsmanı yaradılacaq
Mikayıl Cabbarov vergi qanunvericiliyində ediləcək dəyişiklikləri açıqladı
Mikayıl Cabbarova YENİ VƏZİFƏ VERİLDİ
Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri ilə görüş keçirilib
Vətəndaşlara ŞAD XƏBƏR
Prezident daha bir deputata vəzifə verdi
İqtisadiyyat nazirindən sahibkarlara ŞAD XƏBƏR
Mikayıl Cabbarov Fazil Məmmədovun işdən çıxartdığı rəisə vəzifə verdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 