Heydər Əliyev Mərkəzində “Musiqi alətləri: birlik və müxtəliflik” sərgisinin açılış mərasimi keçirilib. ONN media xəbər verir ki, açılış mərasimində Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor Siyavuş Kərimi Milli Musiqi Günü ərəfəsində açılan sərginin əhəmiyyətindən danışıb. Xalq artisti Azərbaycan milli musiqi alətlərinə təcavüz, aqressiya hallarının müşahidə edildiyi bir zamanda belə sərginin təşkilinin çox önəmli olduğunu bildirib. Xalq artistləri Mənsum İbrahimov, Alim Qasımov, Natiq Ristm” qrupunun bədii rəhbəri Natiq Şirinov, tarzən Ramiz Quliyev, Səkinə İsmayılova, Ağa Cəbrayıl Abasəliyev və başqaları çıxış edərək, bu möhtəşəm sərginin təşkilini Azərbaycan xalqının mədəni həyatında mühüm hadisə kimi dəyərləndiriblər. Daha sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Ekspozisiyada Heydər Əliyev Fondunun müxtəlif mənbələrdən topladığı unikal kolleksiya – XVIII-XX əsrlərə aid 200-dək musiqi aləti nümayiş olunur. Bunlar 31 ölkəyə - Azərbaycan, Albaniya, Bolqarıstan, Çin, Dağıstan (Rusiya Federasiyası), Əfqanıstan, Əlcəzair, Gürcüstan, Hindistan, İndoneziya, İraq, İran, Kipr, Qazaxıstan, Qırğızıstan, Liviya, Macarıstan, Makedoniya, Mərakeş, Misir, Monqolustan, Özbəkistan, Pakistan, Rumıniya, Serbiya, Suriya, Tacikistan, Türkiyə, Türkmənistan, Yəmən və Yunanıstana aid musiqi alətləridir.
Bakıda “Musiqi alətləri: birlik və müxtəliflik” adlı sərgi keçirildi



Şuşada Milli Musiqi Günü keçirildi
AzTV-də yeni QADAĞA
Dövlət Akademik Filarmoniyasının dekabr repertuarı
Xalq artisti Siyavuş Kərimi koronavirusdan sağalıb
Alim Qasımovun fantastik toy qiyməti açıqlandı
Bakıda kitab sərgisinin açılışı oldu
Paytaxtda növbəti kitab sərgisi başlandı
Bakıda Leyla Əliyevanın sərgisi açıldı
Dövlət Akademik Filarmoniyasının noyabr repertuarı
Onlar Xalq artisti oldu - SƏRƏNCAM
Azərbaycanda xalq artisti vəfat etdi
Ölkədə Milli musiqi günü qeyd olunur
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 