Millət vəkili Fazil Mustafa ictimai nəqliyyatda məktəblilərdən gedişhaqqı tələb olunması ilə bağlı məsələyə toxunub. ONN media xəbər verir ki, Milli Məclisin deputatı məktəbli formasında olan uşaqlardan gedişhaqqı alınmamasını irəli sürüb. "Bu gün acınacaqlı, ağır və bəlkə də bağışlanması çətin olan bir hadisə baş verib. Bakubus sürücüsü ana və onunla birlikdə olan 3 övladından gediş haqqı tələb edib, əks halda avtobusu sürməyəcəyini deyib. Doğrudur hüquqi baxımdan sürücü haqlıdır, çünki 5 yaşdan yuxarı uşaqların nəqliyyat xərcinin ödənilməsi Nazirlər Kabinetinin qərarı ilə müəyyənləşib. Ancaq düşünün, həmin ana ödəniş imkanı olmadığına görə sürücünün israrı ilə üç övladını avtobusdan düşürüb və evə dönüb. Demək ki, 3 Azərbaycan övladı imkansızlığı görə məktəbə gedə bilməyib. Burada çıxış yolu nədir? Nazirlər Kabineti bu qərarı mütləq dəyişməlidir. Məktəbli formasında olan istənilən uşaqdan ictimai nəqliyyatda vəsait alınmamalıdır. Hökumət bunun kompensasiya yolunu tapa bilər. Əsas hədəfimiz məktəbdən kənarda heç bir uşağın qalmamasıdır. BNA və Metropoliten həftə içi günlərdə məktəbli geyimində olan uşağı məktəbə pulsuz daşımalıdır. Uşaq pul qazanmırsa, valideynin də nəqliyyat üçün ödəməyə pulu yoxdursa, uşaq oxumamalıdır?",-deyə deputat vurğulayıb.
Məktəbli uşaqlar avtobusa pul verməsin - Deputatdan Təklif



Məktəblilərə ictimai nəqliyyatdan istifadə pulsuz olsun — TƏKLİF! – VİDEO
ŞAD XƏBƏR - Bu şəxslər avtobuslardan pulsuz istifadə edəcək
SON DƏQİQƏ: Nazirlər Kabineti ictimai nəqliyyatla bağlı QƏRAR VERDİ
Yeni məktəbli formasında Zəfər simvolları olacaq? - AÇIQLAMA
Məktəbli formalarının tikilişinə başlanılıb
Avtobuslarda gediş haqqı 50 qəpik olacaq – İDDİA
Məktəbli formaları ilə bağlı daha bir rəsmi açıqlama
Azərbaycanda yeni məktəbli formaları tətbiq olunacaq - Təkliflərə baxılır
Məktəbli formaları ilə bağlı direktorlara tapşırıq verildi
Metroda gedişhaqqı buna görə artırılıb - Rəsmi
Məktəbli forması ilə bağlı daha bir rəsmi açıqlama
Bu şənbə Bakıda ictimai nəqliyyat işləyəcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 