Sosial şəbəkələrdə sürücünün yol polisi inspektorunu təhqir etməsi ilə bağlı hərəkətlərinə hüquqi qiymət verilib. Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən ONN media -ya verilən məlumata görə, aparılan ilkin araşdırma zamanı müəyyən edilib ki, sentyabrın 17-də günorta saatlarında 1967-ci il təvəllüdlü, Yasamal rayonuda müvəqqəti qeydiyyatda olan Fəxrəddin Nəsirov idarə etdiyi “KİA” markalı avtomaşınla Nərimanov rayonu, Xətai prospektində hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etmədiyinə və qanunsuz taksi fəaliyyəti ilə məşğul olduğuna görə yol polisi tərəfindən saxlanılıb. Yol polisi sürücü F.Nəsirovun barəsində inzibati xəta haqqında protokollar tərtib etdikdə sonuncu aqressiv formada polis əməkdaşının ünvana etik çərçivədən kənar ifadələr işlədərək ona əl hərəkəti ilə fiziki təzyiq göstərməklə həmin yerdən uzaqlaşıb. Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi və Nərimanov Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sürücü Binəqədi rayonu ərazisində saxlanılaraq polisə gətirilib. Vətəndaşla aparılan izahat və araşdırma zamanı o, şəkər və əsəb xəstəliyindən əziyyət çəkdiyini, əsəbi olduğu üçün bu addımı atdığını bildirməklə əməlindən peşman olduğunu və polis əməkdaşlarından üzr istəməklə anlaqsız halda olduğunu qeyd edib. Faktla bağlı Nərimanov RPİ-də davam etdirilən araşdırma zamanı toplanmış material əsasında F.Nəsirov Nərimanov Rayon Məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddəsi ilə məsuliyyətə cəlb olunmaqla 15 gün müddətinə inzibati qaydada həbs edilib.
Polisi təhqir edən sürücü barədə YENİ XƏBƏR



Bakını qarışdıran "avtoş" həbs edildi
Bakıda narkoman taksi sürücüsü tutuldu
Rüşvət alarkən videosu yayılan polislər tapıldı
Narkotik çəkib maşın sürən şəxs həbs edildi
Avtoxuliqanlıq edən sərxoş sürücü YAXALANDI
Qaradağda REYD: 15 sürücü saxlanıldı, səbəbi isə...
Azərbaycanda sürücü polisi vurub qaçdı - ANBAAN VİDEO
BŞBPİ AXCP üzvlərinin saxlanılması səbəbini AÇIQLADI
Azərbaycanda sərxoş traktor sürücüsü hoqqa çıxardı - HƏBS EDİLDİ
Astarada sərxoş avtoxuliqan ƏLƏ KEÇDİ
Bakıda film kimi hadisə - Patrul avtomobilini vurdu, polisə xəsarət yetirdi
Narkotik çəkib, maşın sürən şəxs həbs edildi
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 