Suraxanı Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü müəyyən edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Hövsan qəsəbəsində yaşayan Araz Səfərəliyev idarə etdiyi “VAZ 21015” markalı avtomobilin sükanı arxasında olan zaman nəzarət-yoxlama qaydasında saxlanılıb. İlkin sorğu zamanı sürücü avtomobili psixotrop maddə olan metamfetamin qəbul edərək idarə etdiyini etiraf edib. Təyin olunan ekspertiza zamanı Araz Səfərəliyevin sükan arxasında psixotrop maddələrin təsiri altında olduğu sübuta yetirilib. Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub. Araz Səfərəliyevin törətdiyi qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün toplanmış material məhkəməyə göndərilib.
Qeyd edək ki, polis əməkdaşları tərəfindən ötən gün keçirilən analoji tədbirlər zamanı qeyd edilən qanun pozuntusuna yol verən 8 belə sürücü aşkar edilib. Onların əməlinə də qanunla nəzərdə tutulan qaydada hüquqi qiymət verilib. Bu istiqamətdə polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.



Narkotik çəkib, maşın sürən şəxs həbs edildi
Narkotikin təsiri altında olan sürücü və sərnişini tutuldu
Narkotik çəkib mikroavtobus sürən şəxs həbs edildi
Bakını qarışdıran "avtoş" həbs edildi
Polisi təhqir edən sürücü barədə YENİ XƏBƏR
Bakıda tanınmış müğənni narkotikə görə tutuldu
Peyvənd olunmayan taksi sürücüləri cərimələndi
Azərbaycanda DƏHŞƏT- Yol polisinə hücum olundu
Narkotik çəkib maşın sürən şəxs həbs edildi
Axtarışda olan şəxs Ələt-Astara yolunda ələ keçdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 