Binəqədi rayonunda külli miqdarda dərmanın anti-sanitariya şəraitində saxlanıldığı qanunsuz anbarlar aşkarlanıb. Dövlət Gömrük Komitəsindən (DGK) ONN media -ya verilən məlumata görə, bir neçə gün bundan öncə Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə daxil olmuş məlumat əsasında gömrükçülər Gürcüstandan külli miqdarda, 2 milyon manat dəyərində dərman preparatlarının yük-nəqliyyat vasitəsində sənədlərdə qeyd olunmamaqla qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısını alıb. Həmin faktla bağlı cinayət işinin istintaqı zamanı Bakı şəhəri Yasamal rayon Məhkəməsinin qərarı ilə Binəqədi rayonu, Biləcəri – Baksol yolunda yerləşən anbarlara maddi məsul şəxslərinin iştirakı ilə axtarış və götürmə istintaq hərəkəti həyata keçirilib. Bu zaman həmin ərazidə 4 anbarın olduğu, həmin anbarlarda Qədirov Xəqani Dilqəm oğlunun idarə etdiyi “DAF” markalı, 99RM810/60ZA811 və “DAF FTXF 105” markalı, 99RL810/99ZA811 dövlət nömrə nişanlı nəqliyyat vasitələrində aşkarlanan və eynilik təşkil edən dərman preparatları da daxil olmaqla, ümumilikdə 75 adda 4555 qutu tibbi avadanlıq və 33 adda 3508 qutu dərman preparatlarının (altı ədəd dolu yük avtomobili həcmində) anti-sanitariya şəraitində saxlanıldığı müəyyən edilib. Həmin tibbi avadanlıq və dərman preparatları normativ-texniki sənədlərin tələblərinə cavab verib-verməməsi, dövlət qeydiyyatından keçib-keçməməsi, yararlı olub-olmamasının müəyyən edilməsi üçün götürülüb.
Bundan əlavə, istintaq hərəkəti zamanı faktiki olaraq anbara daxil olan və çıxan, tibbi avadanlıq və dərman preparatlarının adlarının əks edildiyi, ciddi hesabat sənədləri olmayan, 3 ədəd “qara” mühasibatlıq kitabçaları və digər əlyazmalar aşkar edilərək götürülüb. Faktla bağlı zəruri-istintaq hərəkətləri davam etdirilir.Bakıda külli miqdarda dərman saxlanılan qanunsuz anbarlar aşkarlanıb



Külli miqdarda psixotrop maddə aşkar edildi
Yarım milyon manatlıq telefon gömrükdə saxlanıldı
Külli miqdarda psixotrop maddə aşkarlandı
Gömrükçülər külli miqdarda telefon aşkarladı
Külli miqdarda spirtli içkilər aşkar edildi
Gömrükdə əməliyyat — Külli miqdarda xarici valyuta ələ keçirildi
Azərbaycana qanunsuz yolla külli miqdarda xəz kürk gətirmək istədilər
Gömrükçülər İrandan Rusiyaya qanunsuz aparılan dərmanları müsadirə etdi
Polisdən əməliyyat - Külli miqdarda heroin müsadirə edildi
DGK-nın daha bir neçə vəzifəli şəxsi saxlanıldı
Azərbaycanda Milli Parkın rəhbərliyinə cinayət işi açıldı
Ölkədən qanunsuz şəkildə dollar çıxarmağa çalışan şəxs tutuldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq 