Şəhərlərarası gecə reysləri bərpa olunub. Dövlət Avtomobil Nəqliyyat Xidmətindən ONN media-ya verilən məlumata görə, oktyabrın 1-dən etibarən Bakı-Gəncə-Bakı, Bakı-Qırmızı Körpü-Bakı, Bakı-Mingəçevir-Bakı, Bakı-Tərtər-Bakı istiqamətində test rejimində iritutumlu, müasir, komfortlu, Almaniyanın “MAN” şirkətinə məxsus Neoplan avtobusları ilə uzun fasilədən sonra ilk gecə reysləri xidmətə başlayacaq. DANX Gecə reysləri zamanı təhlükəsizlik qaydalarına tam əməl edilməsi məqsədilə hər iki istiqaməti dar hərəkət zolaqlarından ibarət olan, xüsusilə dağ relyefli avtomobil yollarında daşımaların həyata keçirilməsinə yol verilməyəcəyini qeyd edərək, uzaq məsafələrə nəzərdə tutulan marşrutlar üzrə avtobuslara iki sürücünün təhkim olunmasına dair tapşırığın icrası zəruri olacağını bildirib. Qurum onu da qeyd edib ki, “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”na uyğun, əhalinin gecə vaxtı həyata keçirilən şəhərlərarası sərnişin daşımalarına olan tələbatının təmin edilməsi və bu sahədə qeyri-qanuni sərnişin daşımalarının qarşısının alınması məqsədilə gecə reyslərinin yenidən bərpasına dair sərnişin müraciətləri nəzərə alınaraq DANX-ın Nazirlər Kabinetinə təqdim etdiyi təklifə razılıq verilib. Qeyd edək ki, test rejimi payız və qış ayları boyunca davam edəcək. Növbəti ildən ehtiyac yaranarsa, prosesə yeni daşıyıcılar cəlb olunacaq. Xatırladaq ki, 2010-cu il may ayının 6-dan etibarən gecə saatlarında avtobusların Bakıya doğru və əks istiqamətdə hərəkətinə qadağa qoyulub, saat 01:00-dan 06:00-dək isə sürücülərin istirahət vaxtı kimi müəyyən edilmişdi. Bakıdan müxtəlif istiqamətlərə gedən avtobusların yoladüşmə vaxtı saat 20:00-dan sonra məhdudlaşdırılmışdı.
Sərnişinlərə şad xəbər- ARTIQ...



Şəhərlərarası gecə avtobus reysləri bərpa edilir
Bundan sonra avtobuslarda wi-fi, su, çay, qəhvə servisi də olacaq
Azərbaycana yeni avtobuslar gətirildi — Gecə reysləri...
Sabahdan fəaliyyətə başlayır
Azərbaycanda 16 marşrut xəttinin sahibi dəyişdi
DİQQƏT- Avtobus reysləri təxirə salındı
Horadizdən Ağalıya müntəzəm avtobus marşrutu açılacaq
Gecə marşrutları xəttə buraxıla bilər - RƏSMİ
Sərnişin qatarlarının hərəkəti dayandırılır
AZAL Almatıya reyslərini ləğv etdi
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Sərnişin qatarlarından istifadə edənlərin nəzərinə
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 