Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) gecə saatlarında şəhərlərarası qeyri-müntəzəm sərnişindaşma ilə bağlı əhaliyə müraciət edib. Qurumun mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova Trend-ə bildirib ki, qanunla sərnişin daşıyan avtobusların gecə xəttə çıxması tam qadağandır: "Yalnız beynəlxalq reyslərdə qadağa yoxdur. Çünki beynəlxalq reyslərdə məsafə uzun olduğu üçün vaxtı biz tənzimləmirik. Lakin daxili reyslərə gəlincə, Azərbaycanda gündüz müntəzəm marşrut xətləri sərnişin axınını tam ödəyir. Gecə sərnişin axını o qədər güclü deyil. Yalnız mikroavtobuslar sifariş əsasında qeyri-müntəzəm qaydada sərnişin daşıyırlar. Yəni əvvəlcədən danışılaraq 15-20 nəfər sərnişin aparılır ki, bu da qanunauyğun deyil". N.Allahyarova bildirib ki, əgər sərnişin axını çox olarsa, tələbat yaranarsa, gecə marşrutların xəttə buraxılması məsələsinə baxıla bilər: "Ancaq Azərbaycanda belə bir tələbat yoxdur, gecə reysləri ilə bağlı müraciətlər çox deyil. Həm də gecə reysləri rentabelli deyil. Daşıyıcı 5-10 nəfər sərnişin ilə yola çıxa bilmir. Sahibkarın da gəliri olmalıdır, 5-10 nəfər sərnişinlə yola çıxanda isə sahibkar heç bir gəlir əldə edə bilmir". N.Allahyarova vətəndaşları diqqətli olmağa, gecə vaxtı qeyri-müntəzəm marşrutlardan istifadə etməməyə və belə hallarla qarşılaşdıqları zaman DANX-ə məlumat verməyə çağırır: "Gecə yolda olan sürücü sükana tam hakim olmaya bilər. Bu baxımdan siz də bizə kömək edin: həyatınızı bu qədər asan təhlükəyə atmayın. Əsas şərt mənzilə sağ-salamat çatmaqdır".
Gecə marşrutları xəttə buraxıla bilər - RƏSMİ



Rayonlara getmək istəyənlər üçün qaydalar açıqlandı
Bölgələrdən sərnişin daşımaq istəyən şəxslərin NƏZƏRİNƏ! - RƏSMİ
Sərnişinlərə şad xəbər- ARTIQ...
BNA: Xəttə əlavə avtobuslar buraxılacaq
Şəhərlərarası sərnişin daşımada yeni qaydalar olacaq
COVID pasportu olmayan marşrut sürücüləri reysə buraxılmayacaq - RƏSMİ
Həftəsonları şəhərlərarası və rayonlararası avtobuslar işləyəcək
Taksilərlə bağlı yeni qayda
Bakıda yeni avtovağzal tikilib
Sərnişinlərə rəsmi XƏBƏRDARLIQ
Qarabağa bu şəxslər gedə bilər - RƏSMİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 