Prezident İlham Əliyevin sosial islahatlar proqramına uyğun olaraq, cari ilin əvvəlindən ölkəmizdə ilk proaktiv xidmət kimi pensiyaların avtomatlaşdırılmış qaydada təyinatına başlanılıb. Sosial təminat sisteminin digər sahələri üzrə də avtomatlaşdırılmış təyinat sistemlərinin qurulması işləri davam edir və bu işlər nəticəsində proaktiv xidmətlərin əhatə dairəsi xeyli genişləndiriləcək. ONN media xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Dövlət Sosial Müdafiə Fondunda sosial sahədə aparılan islahatlara və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə bildirib. Nazir müavini dövlət başçısının təqdim etdiyi sosial islahatlar paketi ilə minimum əməkhaqqının iki dəfəyə yaxın, minimum pensiyanın 72 faiz, sosial müavinət və Prezidentin aylıq təqaüdlərinin orta hesabla 100 faiz, məcburi köçkünlərə verilən müavinətin 50 faiz, eləcə də tələbələrin təqaüdlərinin ciddi şəkildə artırıldığını və problemli kreditlərlə bağlı narahatlığın aradan qaldırıldığını bildirib. A.Kərimov qeyd edib ki, bu tədbirlər əhatə dairəsi ümumilikdə 4,2 milyon vətəndaş olmaqla onların rifahına ciddi dəstək olur. Fondun direktoru Himalay Məmişov cari il oktyabrın 1-dən pensiyanın minimum məbləğinin 200 manata çatdırılmasının 750 min vətəndaşın pensiyasında əhəmiyyətli artıma imkan verdiyini deyib. O, həmçinin Sərəncam və Fərmanlarla sosial müavinət və təqaüdlərin orta hesabla 600 minə yaxın vətəndaşın rifahına ciddi dəstək olduğunu vurğulayıb. O, şəhid ailələrinin, əlilliyi olan şəxslərin, sağlamlıq imkanları məhdud uşaqların və b. həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirləri qeyd edib. İclasda DSMF-nin fəaliyyətində əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, vətəndaş məmnunluğuna nail olunması, icra intizamına əməl olunması üçün görülən işlər müzakirə edilib. Fondun cari ildə qarşısında duran vəzifələrdən bəhs olunub, bu vəzifələrin icrasının təmin edilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.
Pensiya alanlara ŞAD XƏBƏR - Bu tarixdən...



Kamil Musəviyə avtomobil hədiyyə verildi
Builki sosial islahatlar paketi barədə RƏSMİ AÇIQLAMA
Pensiyalar nə qədər artdı? – Nazir açıqladı
Nazirdən pensiyalarla bağlı şad xəbər – “Bu il 200 min…”
Azərbaycanda minimum pensiya 200 manata çatdırılır
Neçə nəfərə şəxsə e-qaydada pensiya təyin edildi?
Sərəncam Azərbaycanı MDB-də II yerə qaldırdı
Gözlənilən gün gəldi- Minimum əməkhaqqı artır
Prezidentin sərəncamı neçə nəfərin maaşına təsir etdi?
Nazirdən maaş və pensiyalarla bağlı - Müjdə
Prezident tapşırığı: Nazir şad xəbəri elan etdi
Pensiya alanlara BÖYÜK MÜJDƏ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 