“Ölkəmizdə son üç ildə illik maliyyə dəyəri 5 milyard manat (təqribən 3 milyard ABŞ dolları) olan üç sosial islahat paketi həyata keçirilib, yalnız 2022-ci il üçün sosial islahatlar paketi 2,1 milyon insanı əhatə edir”.
ONN media xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev BMT-nin Sosial İnkişaf üzrə Komissiyasının 60-cı sessiyası çərçivəsində keçirilən Nazirlər Forumunda çıxışında deyib.
O qeyd edib ki, aparılan islahatlar nəticəsində həmin dövrdə sosial ödənişlər 65 faiz, minimum pensiya 2,2 dəfə, orta pensiya 60 faiz, minimum əməkhaqqı 2,3 dəfə, illik əməkhaqqı fondu 2 dəfədən çox artıb.
Nazir yoxsulluğa qarşı mübarizə tədbirlərindən biri olan ünvanlı dövlət sosial yardımı proqramını qeyd edib. Ötən il 202 min ailə üzvü olan 47 min aztəminatlı ailənin ünvanlı yardımla təmin edildiyini, bu yardımın orta aylıq məbləğinin son bir ildə 17 faiz artdığını, 2020-ci ildə COVID pandemiyası zamanı da ünvanlı yardım proqramının mühüm sosial dəstək rolu oynadığını vurğulayıb.
Həmçinin keçən il ölkə əhalisinin təxminən 4,6 faizinin və ya 466 min nəfərin aylıq və birdəfəlik sosial müavinətlə təmin edildiyini, son 3 ildə ölkəmizdə orta aylıq pensiyanın 60% artdığını qeyd edib.



Pensiyalar nə qədər artdı? – Nazir açıqladı
Əmək pensiyası maddi yardımla birlikdə nə qədər artacaq? - Nazirlikdən AÇIQLAMA
Prezidentin sərəncamı neçə nəfərin maaşına təsir etdi?
Sosial yardımla bağlı nə qədər artım olacaq?
İyun ayı üzrə ünvanlı sosial yardımlar ödənildi
Minimum əmək haqqı nə qədərdir?
Gözlənilən gün gəldi- Minimum əməkhaqqı artır
Yeni Sərəncamla ödənəcək birdəfəlik yardım 47 min ailəni əhatə edəcək
Nazirdən maaş və pensiyalarla bağlı - Müjdə
Ünvanlı sosial yardımın məbləği artıb
Pensiya alanlara ŞAD XƏBƏR - Bu tarixdən...
Mart ayına dair bütün sosial ödənişlər köçürüldü - RƏSMİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 