Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisində bal yarmarkası açılıb. Kənd Təsərrüfatı Nazirliyindən ONN media -ya verilən məlumata görə, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” ASC və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkası 28 sentyabr-18 oktyabr tarixlərdə keçiriləcək. Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisi) keçiriləcək yarmarkada satışa çıxarılacaq balların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizlilyi Agentliyi nəzarət edəcək. Qeyd edək ki, yarmarkada iştirakçı sayı hər bir rayondan maksimum 40 nəfəri keçməməklə növbəlilik əsasında müəyyən edilib. Yarmarkada iştirakı təsdiqlənmək üçün hər bir arıçının minimum 20 arı ailəsi olmalıdır. Bir arıçı yarmarkaya maksimum 400 kq bal və hər arı ailəsi üzrə 1 ədəd olmaqla maksimum 30 ədəd arı şanı (çərçivə) çıxara bilər.
Trend-in məlumatına görə, bu il yarmarkaya ən çox bal Astara, Daşkəsən, Qax, Zaqatala, Balakən və Şəki rayonlarından gətirilib.Bakıda bal yarmarkası açıldı



Bakıda növbəti bal yarmarkası keçiriləcək - Qeydiyyat başladı
Sabahdan Bakıda bal yarmarkası başlayır
Bakıda bal yarmarkası harada keçiriləcək?
Yarmarkada nə qədər bal satılıb?
Bakıda “Kənddən Şəhərə” Novruz yarmarkası təşkil olunacaq
“Kənddən Şəhərə” yarmarkası keçiriləcək
Bakı və Abşeronda Novruz yarmarkaları açıldı - BU ÜNVANLARDA
Bakıda Novruz yarmarkaları keçiriləcək
Azərbaycanda növbəti bal yarmarkası keçiriləcək
Bu ərazilərdə kənd yarmarkası başlanır
"Kənddən şəhərə" yarmarkası - Nə vaxt və harada olacaq?
Novruz yarmarkası fəaliyyətə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 