Bakıda Novruz bayramı ərəfəsində keçiriləcək "Kənddən şəhərə" kənd təsərrüfatı yarmarkasının vaxtı məlum olub. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Aqrar Ticarət Şirkətindən ONN media -ya verilən məlumata görə, paytaxtın Nizami küçəsi, 154 (Landmark Biznes Mərkəzinin yanı) ünvanında kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkası təşkil ediləcək: "Martın 15-dən etibarən 1 həftə ərzində baş tutacaq yarmarkada vətəndaşlarımız ekoloji təmiz, təbii və keyfiyyətli kənd təsərrüfatı məhsullarını əldə edə biləcəklər. Yarmarkanın keçirilməsində məqsəd həm paytaxt əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eyni zamanda süni qiymət artımının qarşısının alınmasıdır. İstiliklə təchiz olunan yarmarkada iştirakçılar xüsusi piştaxtalar və tərəzilərlə təmin ediləcək, məhsulların qida təhlükəsizliyi standartlarına uyğunluğu yoxlanılacaq. Ötən dəfə olduğu kimi, bu dəfə də fermerlər yarmarkada tam ödənişsiz iştirak edə biləcəklər". Şirkətdən bildiriblər ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə əldə edilmiş razılığa əsasən, yarmarka ərazisində ötən dəfə olduğu kimi Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyası fəaliyyət göstərəcək. Məhsullar laboratoriya yoxlamasından keçirildikdən sonra satışa buraxılacaq. Məhsulların qiymətləri isə tələb-təklif əsasında müəyyən ediləcək və fermerlərin özü tərəfindən təyin ediləcək. Yarmarkada 110 fermerin iştirak etməsi nəzərdə tutulub. Yarmarkada iştirak etmək istəyən fermerlər fevralın 15-dən martın 7-dək Dövlət Aqrar Ticarət Şirkətinin rəsmi saytı vasitəsilə (https://agrotrade.gov.az/az/fair) və ya 050 400 88 99 nömrəsinə zəng etməklə qeydiyyatdan keçə bilər. Bundan başqa, fermerlər öz rayonunda yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzinə də müraciət edə bilərlər. Martın 21-dək davam edəcək və bütün növ yerli kənd təsərrüfatı məhsullarının satışının təşkil ediləcəyi yarmarkada alıcılar meyvə-tərəvəz, müxtəlif çərəzlər, qablaşdırılmış məhsullar, ət və süd məhsulları, bal və s. ala biləcəklər.
"Kənddən şəhərə" yarmarkası - Nə vaxt və harada olacaq?



“Kənddən Şəhərə” adlı yarmarka təşkil ediləcək
Paytaxtda “Kənddən şəhərə” yarmarkası təşkil ediləcək
Dövlət Aqrar Ticarət Şirkətinin “Kənddən Şəhərə" mağazası istifadəyə verildi
Ramazan bayramı münasibəti ilə yarmarka təşkil ediləcək
“Kənddən Şəhərə” Yeni il yarmarkası keçiriləcək
Bakıda “Kənddən Şəhərə” Novruz yarmarkası təşkil olunacaq
“Kənddən Şəhərə” yarmarkası keçiriləcək
Bakı və Abşeronda “Kənddən Şəhərə” Qış yarmarkası keçiriləcək
Novruz yarmarkası fəaliyyətə başladı
Bakıda yarmarkalar keçirilir –Ramazan bayramı münasibəti ilə
Bakı və Abşeronda Novruz yarmarkaları açıldı - BU ÜNVANLARDA
Bakıda Novruz yarmarkaları keçiriləcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 