28 sentyabr-18 oktyabr tarixlərdə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” ASC və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək. Kənd Təsərrüfatı Nazirliyindən ONN media -ya verilən məlumata görə, Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisi) keçiriləcək yarmarkada satışa çıxarılacaq balların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizlilyi Agentliyi nəzarət edəcək. Bal istehsalçıları yarmarkada iştirak etmək üçün öncədən qeydiyyatdan keçməlidir. İlk dəfə olaraq qeydiyyat prosesi www.bal.kendden.az saytı vasitəsilə onlayn olaraq həyata keçiriləcək. Arıçılar sayta daxil olaraq öz şəxsi məlumatlarını və təsərrüfatları barədə məlumatları bildirməklə qeydiyyatdan keçə biləcək. Qeydiyyat müddəti 6-11 sentyabr tarixlərini əhatə edəcək. Sentyabrın 12-də qeydiyyatı təsdiqlənmiş arıçılara sms-bildirişlər göndəriləcək və məhsullarını nə vaxt gətirəcəkləri barədə məlumat veriləcək. Yarmarkada iştirakçı sayı hər bir rayondan maksimum 40 nəfəri keçməməklə növbəlilik əsasında müəyyən ediləcək. Yarmarkada iştirakı təsdiqlənmək üçün hər bir arıçının minimum 20 arı ailəsi olmalıdır. Bir arıçı yarmarkaya maksimum 400 kq bal və hər arı ailəsi üzrə 1 ədəd olmaqla maksimum 30 ədəd arı şanı (çərçivə) çıxara bilər. Bal nümunələrinin qəbulu 13-24 sentyabr tarixləri arasında “Aqrar tədarük və təchizat” ASC-nin Xocahəsən yolu 57 (Meyvəli bazarı) ünvanında yerləşən anbarında baş tutacaq. Yarmarkada iştirak ödənişlidir, iştirak haqqı 150 AZN-dir. Bu məbləğə satış üçün yer və lazımi ləvazimatlarla təmin olunma, yarmarkanın reklam işlərinin aparılması, loqistika və anbar işinin təşkili və digər xidmətlər daxildir.
Bakıda növbəti bal yarmarkası keçiriləcək - Qeydiyyat başladı



Bakıda bal yarmarkası açıldı
Sabahdan Bakıda bal yarmarkası başlayır
Bakıda bal yarmarkası harada keçiriləcək?
Bakıda “Kənddən Şəhərə” Novruz yarmarkası təşkil olunacaq
Yarmarkada nə qədər bal satılıb?
“Kənddən Şəhərə” yarmarkası keçiriləcək
Bakıda Novruz yarmarkaları keçiriləcək
"Kənddən şəhərə" yarmarkası - Nə vaxt və harada olacaq?
Bakı və Abşeronda Novruz yarmarkaları açıldı - BU ÜNVANLARDA
Paytaxtda “Kənddən şəhərə” yarmarkası təşkil ediləcək
“Kənddən Şəhərə” Yeni il yarmarkası keçiriləcək
Bu ərazilərdə kənd yarmarkası başlanır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 