Azərbaycanda övladlığagötürmə asanlaşdırılır. Bununla bağlı Ailə Məcəlləsində dəyişiklik edilir. ONN media xəbər verir ki, məsələ bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin onlayn formatda növbəti iclasında müzakirəyə çıxarılıb. Məsələ barədə məlumat verən Hicran Hüseynova diqqətə çatdırıb ki, cənab Prezidentin 2018-ci ildə “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” imzaladığı Fərmana əsasən Ailə Məcəlləsinin övladlığa götürmə ilə bağlı müddəaları təkmilləşdirilmiş və bu sahədə xidmətlərin aparılması üçün elektron idarəetmə sistemi yaradılmışdır. İndi təklif edilən dəyişikliklər isə övladlığa götürmə ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə mühüm töhfə olacaq və əsas məqsəd uşaqların hüquq və maraqlarının qorunması, onların sağlam ailə mühitində böyüməsi üçün etibarlı zəmin yaratmaqdır. Dəyişikliyə görə, uşaqları övladlığa götürmək istəyən qohumları üçün övladlığa götürmə proseduru asanlaşdırılır, bəzi prosedurlar aradan qaldırılır. Dəyişiklik müzakirələrdən sonra plenar iclasa tövsiyə edilib. Qeyd edək ki, iclasda komitə üzvləri Rəşad Mahmudov, Tamam Cəfərova, Sevil Mikayılova və Rauf Əliyev də iştirak ediblər.
Övladlığagötürmə asanlaşır - QANUN DƏYİŞİR



Övladlığa uşaq götürmə ilə bağlı QAYDALAR DƏYİŞİR
Övladlığa uşaq götürmək istəyənlərin nəzərinə
Övladlığa götürmə qaydaları DƏYİŞİR
Prezidentdən övladlığagötürmə ilə bağlı FƏRMAN
Bu il Azərbaycanda 99 uşaq övladlığa verilib
Övladlığagötürmə ilə bağlı dəyişiklik edildi
Azərbaycanda övladlığa götürmə qaydası dəyişir
Övladlığagötürmədə bu tələblər də əksini tapacaq
Azərbaycanda övladlığa götürmə qaydası dəyişdi
Övladlığa götürülmə ilə bağlı QAYDALAR DƏYİŞDİ
Övladlığa uşaq götürmək istəyənlərə şad xəbər
Bu uşaqların təhsil haqqını dövlət ödəyəcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 