ONN media xəbər verir ki, Azərbaycanda övladlığa uşaq götürməklə bağlı yeni qaydalar tətbiq ediləcək. Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan Ailə Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb. Dəyişiklik Ailə Məcəlləsində övladlığagötürmə sahəsində idarəetmə mexanizminin, valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların, habelə onları övladlığa götürməyi arzu edən şəxslərin uçotunun təkmilləşdirilməsi, eləcə də övladlığagötürmə prosesində şəffaflığın təmin edilməsi, övladlığa götürülmüş uşaqların yeni ailələrdə yaşaması və inkişafı prosesinə nəzarətin gücləndirilməsi nəzərdə tutulub. Mövcud qanunvericiliyə əsasən, valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların 3 pilləli uçotu aparılırdı. Yeni yanaşma təkmil uçotun aparılmasına, uçotu aparılan şəxslər haqqında məlumatların real vaxt rejimində yenilənməsinə imkan verəcək. Eyni zamanda layihədə övladlığa götürmə prosesinin 3 mərhələdə aparılması nəzərdə tutulub. Bunlar- övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uçota alınması, övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi (bu mərhələnin özündə də övladlığa götürmək istəyən şəxslərlə müsahibələr və mənzil şəraitinin yaxşılaşdırılması, təlim, uyğunlaşma, müəssisədə uşaqlarla görüş və sınaq müddətində ailədə yerləşdirmə kimi alt mərhələlər olacaq) və övladlığa götürmə barədə məhkəmə qərarının qəbul edilməsi mərhələlərindən ibarətdir. Belə ki, dəyişikliyə əsasən, övladlığa uşaq götürmək üçün 55 yaşadək olan şəxslərə üstünlük veriləcək. Belə ki, övladlığa uşaq götürmək üçün azı 3 il nikahda olan, yaşı 35-dən yuxarı ər-arvada, 1 il müddətinə nikahda olan Azərbaycan vətəndaşlarına və azı 5 il müddətində nikahda olan əcnəbilər və vətəndaşlığı olmayan, yuxarı yaş həddi 55-dək olan şəxslərə üstünlük veriləcək. Digər dəyişikliyə əsasən, 25 yaşdan aşağı şəxslərin övladlığa uşaq götürməsinə icazə verilməyəcək. Belə ki, ögey ata (ögey ana), habelə yaxın qohumlar (bacı-qardaş, nənə-baba, valideynlərin bacıları, qardaşları) istisna olmaqla, övladlığa götürmək istəyən nikahda olan şəxslərdən biri (ər-arvad) üçün aşağı yaş həddi 25, nikahda olmayanlar üçün 30 olması təklif edilir. Dəyişikliklər səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Övladlığa uşaq götürmə ilə bağlı QAYDALAR DƏYİŞİR



Övladlığa götürmə qaydaları DƏYİŞİR
Prezidentdən övladlığagötürmə ilə bağlı FƏRMAN
Övladlığa uşaq götürmək istəyənlərin nəzərinə
Övladlığa götürülmə ilə bağlı QAYDALAR DƏYİŞDİ
Bu uşaqların təhsil haqlarını dövlət ödəyəcək
Övladlığagötürmədə bu tələblər də əksini tapacaq
Övladlığagötürmə ilə bağlı dəyişiklik edildi
Bu il Azərbaycanda 99 uşaq övladlığa verilib
Övladlığagötürmə asanlaşır - QANUN DƏYİŞİR
Bu şəxslərə 480 manat veriləcək
Bu uşaqların təhsil haqqını dövlət ödəyəcək
Bu qadınlar pensiyaya tez çıxacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 