Turşu xiyar qışda xörəkləri dada gətirən, həm də salatlara əlavə edilən gözəl inqrediyentdir. Müəyyən miqdarda turşu xiyar təkcə orqanizm üçün deyil, həm də beyin üçün faydalıdır. ONN media bildirir ki, "Smithsonian" elmi jurnalında turşunun nevroz və stressə təsir etdiyinə dair məqalə yayımlanıb. Alim Metyu Hilimeyrin apardığı tədqiqat nəticəsində məlum olub ki, xiyar turşusu qorxunu azaldan, stressi rahatlaşdıran, yuxunu normallaşdıran, gərginliyi aradan qaldıran, emosional vəziyyəti bərpa edən anksiolitik təsirə malikdir. Turşu məhsulları probiotiklə zəngindir. Bu səbəbdən də onlar həzm sisteminə də müsbət təsir göstərir. Alimlər hesab edirlər ki, həzm sistemi sağlam olanda beyin də sağlam olur. Gərgin fikirlər xeyli azalır. Odur ki, özünü həyəcanlı hiss edən adamlar üçün gündə bir ədəd duzlu xiyar faydalıdır. Başqa bir araşdırmaçı Rebekka Rapp isə "National Geographic" jurnalında turşunun faydaları haqqında bunları yazıb: "Əgər siz stress vəziyyətinə düşmüsünüzsə, bir boşqab kələm turşusu yeyin. Çünki o, Valiuma həbini əvəz edə bilər".
Xiyar turşusunun inanılmaz TƏSİRİ AŞKAR EDİLDİ

Təkcə turşuya qoyulmuş tərəvəzlər deyil, fermentləşdirilmiş oxşar məhsullar da ruhi vəziyyətə müsbət effekt göstərir.
Məsələn, "Washington Post"un xəbərinə görə, probiotik immun sistemini möhkəmləndirir və orqanizmə bir çox xəstəliklərlə mübarizə aparmağa kömək edir.(medicina.az)


Bibər turşusu resepti
Pomidorla xiyarı qəti şəkildə birlikdə yemək olmaz - SƏBƏB
Xiyarın bilmədiyiniz faydaları
Bu yolla 1 həftəyə 3 kilo arıqlaya bilərsiniz
Ən dadlı xiyar marinadının RESEPTİ
Sürətlə arıqlamağın sirri
Xiyar turşusu resepti
Dadlı meyvə salatı necə hazırlanır?
DİQQƏT- Bu qidaları acqarına yemək olmaz
Cəmi iki təbii inqrediyentlə qırışları aradan qaldırın - Hər dəri üçün effektli maska
Xiyarın bilmədiyiniz tərəfləri
Xiyar-pomidoru birlikdə yeməyin – BU XƏSTƏLİYƏ SƏBƏB OLUR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 