Bakı Nəqliyyat Agentliyi (BNA) avtobusda siqaret çəkən sürücüləri cərimələyib.
Bu barədə ONN media -ya BNA-dan məlumat verilib.
Xəbərdə bildirilir ki, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn bəzi məsələlərin icrası ilə bağlı həyata keçirilən layihə uğurla davam edir. Layihənin icra edildiyi 3-cü rübün sonunda sərnişinlər tərəfindən avtobus sürücülərinin sükan arxasında tütün məmulatından istifadə etməsi ilə bağlı ümumilikdə 149 müraciət daxil olub. Bu müraciətlər əsasında müxtəlif müntəzəm marşrut xətlərində çalışan 55 nəfər avtobus sürücüsü barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tənbeh tədbiri görülüb. Eyni zamanda, rüb ərzində müvafiq inzibati xəta barəsində daha çox məlumat verən, tütün məmulatlarından istifadəyə qarşı mübarizə tədbirlərində Bakı Nəqliyyat Agentliyinə dəstək olan bir neçə sərnişin isə mükafatlandırılıb. Həmçinin, il ərzində daha aktiv ictimai fəallıq göstərən və xətalar barədə daha çox məlumat verən bir nəfər sərnişinə isə qiymətli hədiyyə təqdim edilib. Məlumat üçün bildirilir ki, tütündən istifadə edən avtobus sürücülərinə qarşı mübarizədə sərnişinlərin birbaşa iştirakına şərait yaradan layihənin artıq müsbət nəticələri hiss edilir. Belə ki, aparılan monitorinqlər zamanı müntəzəm marşrut xətləri üzrə avtobus sürücülərinin tütün məmulatından istifadə hallarında azalma müşahidə edilir.


Avtobus sürücülərinin DİQQƏTİNƏ
Sürücüsü telefonla danışdı, rəhbərinə xəbərdarlıq olundu - BNA
Tütün və alkaqollu içkilər satanlar cərimələndi
Azərbaycanda 363 nəfər cərimələndi
Azərbaycanda qorxulu olay: ayağı çöldə maşın idarə edir - VİDEO
Bu avtobusdan istifadə edənlərin nəzərinə
Azyaşlılara siqaret satanlar cərimələndi
“Avtobus sürücüləri sərnişinləri yolda qoyub qayıdırlar” - ŞİKAYƏT
BNA-dan sərt xəbərdarlıq
Bu şəxslərin NƏZƏRİNƏ- CƏRİMƏLƏNƏ BİLƏRSİNİZ
Paytaxda metroların ətrafında reydlər başlayıb - CƏRİMƏ YAZILIR
DİQQƏT! bu yerlərdə siqaret çəkilməsi qadağan edildi - Fərman
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 