“171 nömrəli marşrut xəttinin sürücüləri saat 21:15-dən sonra avtobusu son dayanacağa qədər idarə etmirlər. Yarı yoldan qayıdırlar, nəticədə sərnişinlər yolda qalır, axşam olduğu üçün taksi tapmaq da çətinləşir”.
Bu şikayətlə 171 saylı marşrut avtobuslarından istifadə edən bir qrup sərnişin müraciət edib.
Onların iddialarına görə, hər gün axşam saatlarında sərnişinlər bu aqibəti yaşayırlar:
“Zuğulba yolunda sürücülər sərnişinləri avtobusdan düşürür və qarşıdan dönüb təkrar şəhər istiqamətinə gedirlər. Avtobus sürücüləri bunu sərnişin sayının az olması ilə əlaqələndirirlər. Deyirlər ki, 10 nəfər sərnişin olsa, gedərlər, 1-2 nəfərə görə sonuncu dayanacağa qədər avtobus sürmək sərf etmir. Hər gün taksi ilə evə qayıtmaq məcburiyyətində qalırıq”.
Bakıətrafı digər qəsəbə və kəndlərə gedən avtobuslarda da analoji hallar tez-tez müşahidə olunur. Belə hərəkətə yol verən sürücülər və daşıyıcılarla bağlı hansı tədbirlər görülür?
Problemlə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət edilib. Qurumdan cavab olaraq bildirilib ki, həmin marşrut avtobuslarında sözügedən faktların olduğu aşkarlanıb və qanunamüvafiq tədbirlər görülüb:
“Məsələ ilə bağlı əraziyə baxış keçirilib və 171 nömrəli müntəzəm avtobus marşrutu üzrə sərnişindaşıma xidməti göstərən bəzi sürücülərin təyin olunmuş hərəkət sxemindən yayınaraq son dayanacaq məntəqəsinə getmədiyi məlum olub.
Faktla bağlı AYNA tərəfindən müvafiq intizam tənbeh tədbirləri görülüb. Belə ki, 171 nömrəli marşrutun istismarçısına xəbərdarlıq edilib və marşrutun fəaliyyətinə nəzarətin artırılması, başlanğıc və son dayanacaq məntəqələri arasında əlaqəliliyin təmin edilməsi tapşırılıb”.
Qeyd edək ki, 171 saylı marşrut xətti üzrə avtobuslar metronun “Koroğlu” stansiyasından Bilgəh qəsəbəsi istiqamətində və geriyə hərəkət edir.



Bakıda sərnişin avtobusu qəzaya uğrayıb
Bakıda avtobus sürücüləri arasında əlbəyaxa DAVA — VİDEO
Gəncədə sərnişin avtobusu aşdı
DYP avtobus və taksi sürücülərinə müraciət etdi
Bakıda təhlükə saçan avtobusda sərnişinlər olub?
COVID pasportu olmayan marşrut sürücüləri reysə buraxılmayacaq - RƏSMİ
Bu yolda sərnişin daşıyanların NƏZƏRİNƏ
Taksi sürücülərinə BƏD XƏBƏR
Kimlər taksi sürə bilməz? - QAYDALAR
Köhnə avtobusların aqibəti necə olacaq?
Bakıda sərnişin avtobusu ağır qəza törətdi - YARALI VAR
DYP: Zolağa daxil olan sürücülər cərimələnəcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 