Bakı Nəqliyyat Agentliyi paytaxtın inzibati ərazisində dayanma, durma və parklanma qaydalarını pozan sürücülərə qarşı mübarizə tədbirlərinə başlayıb.
BNA-dan ONN media -ya verilən məlumata görə, bu məqsədlə, metronun Nəriman Nərimanov və Gənclik stansiyalarının ətrafında reyd keçirilib. Reyd zamanı dayanma və ya durma qaydalarını pozan, xüsusən də nəqliyyat vasitəsini 2-ci, bəzi hallarda isə 3-cü cərgədə park edən, avtobus dayanacaq məntəqəsinin ərazisində dayanan avtonəqliyyat vasitələri müəyyən edilərək sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin 346-cı maddəsinə əsasən cərimə tətbiq edilib. Bununla yanaşı, sərnişinləri dayanacaq məntəqəsinin müəyyən edilmiş ərazisindən kənarda mindirib və ya düşürən avtobus sürücüləri də İnzibati Xətalar Məcəlləsinin 346.3-cü maddəsinə əsasən cərimə ediliblər.
Bakı Nəqliyyat Agentliyi bir daha sürücüləri yol hərəkəti qaydalarına əməl etməyə, nəqliyyat vasitəsini idarə edərkən digər hərəkət iştirakçılarına qarşı anlayışlı olmağa dəvət edir.
Məlumat üçün bildiririk ki, sürücülərin dayanma və durma qaydalarına əməl etməsi üçün inzibati tənbeh tədbirləri ilə yanaşı maarifləndirmə, habelə hərəkətin təşkilindəki qüsurların aradan qaldırılması işləri də aparılır.



BNA-dan sürücülərə XƏBƏRDARLIQ
NİİM bu sürücülərə xəbərdarlıq etdi
BNA-dan YENİLİK
Yol polisi yenidən dayanma-durmaya görə cərimə yazacaq
Sürücülərə ÜZÜCÜ XƏBƏR: Burada avtomobil saxlayan cərimələnəcək - VİDEO
Bu sürücülərlə bağlı inzibati protokollar tərtib olundu
BNA evakuatorları işə salır – Qayda pozanlar təxliyə olunacaq
BNA cərimələri bərpa edir: mayın 1-dən...
Qaxda qaydaları pozan 16 sürücü cərimələndi
Dayanma-durma qaydalarını pozanlar məsuliyyətə cəlb olundu
Gənclikdə OLAY: Nəqliyyat agentliyinin əməkdaşlarına SİLAHLI HÜCUM
BNA sürücülərə xəbərdarlıq etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 