Ermənistanın paytaxtı İrəvanda bir qrup gənc “Hayeli” (Güzgü) mətbuat klubu redaksiyasına hücum edib. Report.az “BBC”yə istinadən xəbər verir ki, buna, mətbuat klubunun saytında Azərbaycan prezidenti İlham Əliyevin Rusiyada “Valday” klubunun toplantısında çıxışından bəhs edən məqalənin başlığı səbəb olub. Hayeli.am saytı öz 5 oktyabr tarixli məqaləsini “Əliyevin Paşinyana gecikmiş, lakin güclü cavabı” adlandırıb. Azərbaycan prezidenti İlham Əliyev Ermənistan Baş naziri Nikol Paşinyanın avqust ayının əvvəlində Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ümumerməni İdman Oyunlarının açılış mərasimi zamanı nitqində: “Qarabağ Ermənistandır, vəssalam”- bəyanatına işarə edərək, deyib: “Ermənistan özü bu qeyri-qanuni qurumu tanımır. Qarabağ, tarixi Azərbaycan torpağıdır. Belə ki, Qarabağ Azərbaycandır. Və - nida işarəsi”. Məqalədən sonra bir qrup erməni gənc şənbə günü Hayeli.am redaksiyasının qapı və divarlarına yumurtalar atıb, divara mətbuat klubunun təsisçisi və rəhbəri AnjelaTovmasyanın ünvanına təhqiredici lövhələr asıblar. Mətbuat klubunun qapısı bağlı olub, klubun rəhbəri isə həmin vaxt xaricdə səfərdə olub. Gənclərin hərəkətlərini həmin mərtəbədə yerləşən “Hraparak” (Meydan) qəzetinin müxbirləri videoya alıb. Gənclərin özləri də aksiyanı videoya çəkiblər. Aaksiyada 4 nəfər - David Hovhannisyan, Sarkis Manukyan, Artak Markaryan və Hayk Stepanyan iştirak ediblər: “Gəlmişik Anjela Tovmasyana güclü zərbə endirməyə. Qapı açıq olsaydı, içərinidə bu hala salardıq”, - gənclərdən biri deyib. David adlı gənc isə Anjela Tovmasyanın Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyanın bacısı olduğunu və onun ölkəni tərk etməli oldğunu bildirib. Ermənistanın jurnalist və ictimai təşkilatları dərhal hadisəyə münasibət bildirib, insidenti söz azadlığına qarşı yolverilməz hərəkət kimi qiymətləndiriblər. BBC-nin İrəvan müxbiri bildirib ki, hüququ mühafizə orqanları hadisə ilə bağlı araşdırmalara başlayıb. Belə ki, artıq “KİV nümayəndəsinə öz vəzifə borcunu yerinə yetirməkdə maneə törətmək” maddəsilə cinayət işi başlanıb. Eyni zamanda İrəvan Mətbuat Klubu bir sıra təşkilatlarla birgə bəyanatla çıxış edib. Bəyanat müəllifləri iqtidar və müxalifət nümayəndələrindən tələb ediblər ki, həmfikir və tərəfdarlarını təmkinli olmağa və fərqli mövqe və fikir ifadə edənlərə qarşı dözümlülük nümayiş etdirməyə çağırsınlar. “Ədliyyə orqanlarını Hayeli.am redaksiyası ərazisində qanun pozuntusu baş veribsə, məsuliyyət tədbirlərinin tətbiq edilməsini tələb edirik. Müxtəlif düşərgələrə xidmət edən KİV-ləri peşakarlıq müstəvisinə qayıtmağa: manipulyasiya və dezinformasiya yaymaqdan çəkinməyə, jurnalist etikası qaydalarına əməl etməyə, cəmiyyətdə mövcud olan fikir müxtəlifliyinə hörmətlə yanaşmağa və təqdim etməyə çağırırıq!”, - bəyanatda deyilir.
İlham Əliyevin bəyanatı İrəvanda mətbuat klubuna hücuma səbəb oldu



Azərbaycanlı gənclər ermənilərə ermənicə səsləndi - Video
Əliyev Paşinyanın cavabını verdi - “Qarabağ Azərbaycandır və..."
Minlərlə azərbaycanlı Tərtər istiqamətində təmas xəttinə yürüş etdi – VİDEO
Ermənistan dövlətçilik simasını itirə bilər - Rusiyalı politoloq
İlham Əliyev Soçidə elan etdi: Güzəşt olmayacaq
Gülüstan qalasının üzərinə “Qarabağ Azərbaycandır və nida işarəsi” lövhəsi asıldı
"Ermənistan güzəştə getməyə hazırdır" - Paşinyan
Qarabağla bağlı bu tezis darmadağın edildi- İlham Əliyev
Erməni nazir Qarabağa gəlir
Azərbaycan Prezidenti: Hesab edirəm ki, 2019-cu il münaqişənin nizamlanması üçün itirildi
İlham Əliyevin bir çıxışı Ermənistanı qarışdırdı
Ermənistan parlamentində Qarabağ dinləmələri keçiriləcək
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu 