Prezident İlham Əliyev Valday klubunda bəyanatı ilə Azərbaycanın mövqeyinin dəyişməz olduğunu, işğal olunmuş Dağlıq Qarabağla bağlı hər hansı güzəştlərdən söhbət getmədiyini ortaya qoyub. ONN media bildirir ki, bunu Report-a rusiyalı politoloq Yevgeniy Mixaylov bildirib. “Soçidə İlham Əliyevin verdiyi “Dağlıq Qarabağ Azərbaycandır” bəyanatı çox əlamətdardır. Bunu ən nüfuzlu ölkə başçılarının qarşısında əslində bütün dünyaya bəyan edib”, - deyən rusiyalı ekspert Ermənistanın baş naziri Nikol Paşinyanın ötən ay Azərbaycanın işğal olunmuş Xankəndi şəhərindəki açıqlamasının yalnız Azərbaycan və Ermənistan mediası tərəfindən əks olunduğunu, halbuki İlham Əliyevin bəyanatını Rusiyanın və başqa ölkələrinin nüfuzlu KİV-lərinin yaydığını qeyd edib. “Bu, mühüm bir bəyanatdır və məncə, məhz Valday forumunda yerinə düşdü. Yəni Azərbaycan Prezidenti İlham Əliyev dəyişməz olan mövqeyi ifadə edib. Ermənistan hökumətinin xeyli dəyişkən, tərəddüd edən mövqeyi müqabilində Azərbaycan rəhbərliyinin mövqeyi sabitdir”, - politoloq vurğulayıb. “Bu gün iqtisadi və başqa cəhətlərdən zəif ölkə olan Ermənistanın güzəştə getmə ehtimalı xeyli yüksəkdir. Yəni Azərbaycanla Rusiya arasında güclü birgə iqtisadi və başqa səpgili layihələr düzgün qurulub işləsə, onda İrəvanın barışığa getməkdən başqa çarəsi qalmayacaq”, - deyən Y.Mixaylovun sözlərinə görə, N.Paşinyanın bəyanatı bütün dünyada sərt qarşılanır: “Bu, əvvəla, Ermənistan baş nazirinin çaşqın vəziyyətdə olduğunu göstərir. Əvvəllər siyasətdə olmayıb, yarıtmaz idarəçidir. Daha sanballı və mötəbər təsir bağışlayan İlham Əliyevin bəyanatı Paşinyanın bütün əvvəlki açıqlamalarını kölgədə qoyur”. “Nəticədə Ermənistan dövlətçilik simasını büsbütün itirə bilər. Hər kəs onları dedikləri sözün arxasında durmayan, etimadını itirmiş ölkə kimi qəbul edəcək. Ermənilər Rusiya ilə Qərb arasında oyun aparacaq, lakin Rusiya da, Qərb də bu ölkənin elə bir strateji əhəmiyyət daşımadığını gözəl anlayır”, - deyə rusiyalı politoloq fikirlərini yekunlaşdırıb.
Ermənistan dövlətçilik simasını itirə bilər - Rusiyalı politoloq



İlham Əliyev Soçidə elan etdi: Güzəşt olmayacaq
Rusiyadan SENSASİON İDDİA: Azərbaycan S-400-lər alır - Üç gün sonra...
Əliyev Paşinyanın cavabını verdi - “Qarabağ Azərbaycandır və..."
BMT-nin Baş katibi Prezident İlham Əliyevə telefonla zəng etdi
Razılaşma var, amma 7 rayon azad edilmir - Markov
Prezident Quterreşlə videokonfrans formatında görüşdü
İlham Əliyev Brüsseldə Belçikalıların Kralı Filip ilə görüşdü
İlham Əliyevdən Paşinyanın hədələrinə cavab
Rusiyalı ekspert: "Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda irəliləyiş əldə olunub"
Gündəmi zəbt edən foto- NƏYƏ İŞARƏDİR?
Dağlıq Qarabağ Ermənistandırsa, onda Ermənistan da... - Politoloq
Qarabağ Azərbaycan ərazisidir və bunu bütün dünya təsdiqləyir- İlham Əliyev
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 