“Əminəm ki, Əli Əsədovun Baş Nazir təyin edilməsi ölkəmiz və xalqımız üçün uğurlu olacaq”. ONN media xəbər verir ki, bunu bu gün Milli Məclisdə “Əli Əsədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələnin müzakirəsi zamanı spiker Oqtay Əsədov bildirib. O deyib ki, Ə. Əsədovun Prezidentin etimadını doğruldacağına inanır. Yeni Azərbaycan Partiyasının icra katibinin müavini S. Novruzov qeyd edib ki, Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi prosesinə Ə. Əsədov uğurla başçılıq edib: “İnanıram ki, bu təyinatdan sonra hökumətdə, Nazirlər Kabinetində kifayət qədər islahatlar həyata keçiriləcək. Bütün islahatların rəhbəri Prezident İlham Əliyevdir, bu islahatların icra edilməsi hökumətin üzərinə düşür. İnanırıq ki, hökumətin rəhbəri kimi Əli Əsədov bu işlərin öhdəsindən uğurla gələcək”. Millət vəkili Vahid Əhmədov deyib ki, Ə. Əsədovun Azərbaycan iqtisadiyyatının inkişafına töhfə verəcəyinə inanır: “Biz komitələrdə, parlamentdə müzakirələr zamanı təkliflər veririk. Baş Nazirdən xahiş edirəm ki, millət vəkillərinin təkliflərinə diqqət yetirilsin. İkincisi, Prezident İlham Əliyev son illər iqtisadi inkişafla bağlı ciddi addımlar atır. Prezidentin hədəflərindən biri iqtisadiyyatın inkişafının neft deyil, qeyri-neft sektorunun inkişafından asılı olmasına çalışır. Qeyri-neft sektorunda müəyyən inkişaf olsa da, bu, yetərli deyil. Mən Baş Nazir kimi sizdən qeyri-neft sektorunun, sənayenin inkişafına diqqət yetirməyi xahiş edirəm. Üçüncüsü, Hesablama Palatası büdcə layihələrinə ciddi iradları olur, o iradlara və millət vəkillərinin təkliflərinə diqqətlə yanaşmağı xahiş edirəm. Digər tərəfdən, büdcə layihəsi həcmcə çox böyük olur, məncə 100 səhifəlik layihə kifayətdir”. Millət vəkili Hikmət Babaoğlu qeyd edib ki, Ə. Əsədov iqtisadiyyatın əsaslarını bilir: “Əli Əsədov ali məktəbdə mənim müəllimim olub, onun ideyaları ilə tanışam”. (APA)
“Baş Nazirdən xahiş edirəm ki…” – Əli Əsədovun təyinatı ilə bağlı kimlər nə dedi?



Əli Əsədov gəldi: hansı dəyişikliklər olacaq?
MM razılıq verdi: Yeni Baş nazir təyin edildi
Prezident niyə məhz Əli Əsədovu seçdi?
Oqtay Əsədov iclaslara niyə gəlmir?
İlham Əliyev yeni baş nazir təyin etdi - Sərəncam
Milli Məclisin iclası başladı: Baş nazir istefa verir
Prezident keçmiş naziri rektor təyin etdi
Oqtay Əsədov Qazaxıstanda
Vaqif Əsədovun işdən çıxarılması ilə bağlı - RƏSMİ AÇIQLAMA
Oqtay Əsədovun MM-də işi məlum oldu
Baş nazirdən yeni təyinat
Oqtay Əsədov seçicilərlə görüşə getmədi - FOTOLAR
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 