“ATƏT-in Media azadlığı üzrə nümayəndəliyinin Tbilisidə təşkil etdiyi konfransın panellərinin birində Azərbaycanda guya fikir azadlığının məhdudlaşdırılması və jurnalistlərin həbs olunması ilə bağlı bəzi əsassız fikirlər səsləndirildi”. Bunu “Report”a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib. Onun sözlərinə görə, beynəlxalq tədbirlərdə bir çox hallarda Azərbaycana qarşı təxribat xarakterli və tamamilə əsassız ittihamlar, qarayaxma təşkil olunması meylləri müşahidə edilir: “Belə olan hallarda söyənilən həmin fikirlərə yerindəcə münasibət bildirilir və auditoriya səsləndirilən fikirlərin əsassız olması və faktlara söykənməməsi barədə məlumatlandırılır”. L.Abdulayeva deyib ki, bugünkü konfrans çərçivəsində Azərbaycanla bağlı səsləndirilən ittihamlarla dolu fikirlər üzrə ölkəni təmsil edən rəsmi nümayəndələr müvafiq açıqlamalar veriblər: “Açıqlamalarda Azərbaycanda istər mətbuat, istərsə də fikir azadlığı sahəsində kifayət qədər önəmli işlərin görüldüyü, mühüm qanunvericilik bazasının mövcud olduğu, eləcə də demokratik inkişafın daha da genişləndirilməsi istiqamətində önəmli islahatların həyata keçirildiyi barədə məlumat təqdim olundu”. XİN rəsmisi qeyd edib ki, toplantıda bəzi QHT-lər tərəfindən Azərbaycanla bağlı səsləndirilən iddialara da münasibət bildirilib: “QHT nümayəndələrinə auditoriyaya çatdırdıqları məlumatları haradan əldə etmələri və istinad mənbələri ilə bağlı suallar verildi. Bəzi konkret hallarla bağlı Azərbaycanın dövlət qurumlarının rəsmi açıqlamaları olduğu halda nədən onlara istinad olunmaması və kimlərinsə əsassız fikirlərinə istinad edilməsi ilə bağlı suallar da ünvanlandı”. O əlavə edib ki, hər bir tənqid sağlam olduğu halda xeyirli ola bilər: “Dialoq sağlam şəkildə aparılmalıdır. Əgər məsələlərlə bilavasitə məşğul olan rəsmi dövlət qurumlarının rəyi nəzərə alınmırsa, o zaman hər hansı bir sağlam fikir mübadiləsi və ya dialoqdan söhbət gedə bilməz”.
XİN ATƏT-in konfransında səsləndirilən əsassız ittihamlara münasibət bildirdi



Leyla Abdullayeva: "Kipr XİN-nin bəyanatı qərəzlidir"
XİN: Fransa tərəfindən Azərbaycana qarşı qarayaxma kampaniyasını dayandırmağı tələb edirik"
XİN rəsmi məlumat yaydı
Rəsmi Bakıdan AB-yə cavab: Rədd edirik!
XİN: Bu məlumatlar dezinformasiya məqsədi daşıyır
Rəsmi Bakıdan SƏRT BƏYANAT: Bu, İrana xeyir gətirməyəcək!
Əli Həsənov: "ATƏT-in Media azadlığı ofisi Azərbaycana qarşı tendensioz yanaşmaya yol verməməlidir"
Rəsmi Bakıdan İranla bağlı açıqlama
Azərbaycan XİN-dən SƏRT CAVAB
"Azərbaycana qarşı əsassız iddialarla çıxış edən beynəlxalq təşkilatlar Ermənistanda ölüm halı ilə bağlı susurlar"
Fransanın XİN-ə rəsmi cavab
SON DƏQİQƏ: Azərbaycan Fransaya nota verdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 