Ermənistanda həbs olunan siyasi partiya rəhbəri Mher Yegiazaryan 52 günlük aclıq aksiyasından sonra vəfat edib. Bir qədər öncə Azərbaycanda Mehman Hüseynovun aclıq aksiyası ilə əlaqədar əsassız şəkildə səs-küy qaldıran insan hüquqları carçıları, indiki halda nədənsə biganə qalırlar. Bu barədə indiyədək nə müvafiq Avropa institutları, nə də digər beynəlxalq insan hüquqları müdafiəçiləri tərəfindən hər hansı bəyanatlar verilməyib, təcili dinləmələr keçirilməyib. ONN media xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri bununla bağlı AZƏRTAC-a bildirib: -Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən həbs edilən və Yerevanın “Nubaraşen” cinayət cəzaçəkmə müəssisəsində saxlanılan məsul jurnalist, “Erməni qartallar – vahid Ermənistan” siyasi partiyasının sədr müavini Mher Yegiazaryan bir ay yarım ərzində keçirdiyi aclıq aksiyasından sonra yanvarın 26-da vəfat edib. Bir müddət öncə Mehman Hüseynov aclıq aksiyasını dayandırdığı halda əsassız iddialarla çıxış edən Avropa Parlamenti, ATƏT, Avropa Şurasının insan hüquqları üzrə məsul rəsmiləri və bəzi dövlətlər Ermənistanda Yegiazaryanın aclıq akasiyası nəticəsində ölümü ilə bağlı susurlar. Ağlasığmaz bir haldır ki, Avropa ölkələrinin diplomatları M.Hüseynovla görüşüb onun səhhətinin normal olduğunu şəxsən gördükləri və Avropa Komissarının onun aclıq aksiyasını dayandırdığını qeyd etdiyi halda Avropa Parlamenti bu məsələ ilə bağlı qətnamə qəbul etdi. “Washington Post” qəzetində bu məsələ ilə bağlı qısa müddət ərzində iki məqalə dərc edildi, maraqlıdır bu qəzet Mher Yegiazaryanın ölümü ilə bağlı məqalə dərc edəcəkmi? Bütün bunlar, əlbəttə ki, Azərbaycana qarşı həyata keçirilən ikili standartlardan xəbər verir. Bu hal bir daha ölkəmizə qarşı saxta təbliğata və məlumatlara əsaslanan kampaniyanın həyata keçirildiyini göstərir. Aydındır ki, bu kampaniyanın əsl məqsədi Azərbaycana qarşı siyasi təzyiq göstərmək cəhdi olub. İnsan hüquqları universaldır və bölünməz xarakter daşıyır və bu məsələni siyasiləşdirərək onu siyasi təzyiq alətinə çevirmək istəyənlər, əslində, elə insan hüquqları dəyərinə xələl gətirmiş olurlar.
"Azərbaycana qarşı əsassız iddialarla çıxış edən beynəlxalq təşkilatlar Ermənistanda ölüm halı ilə bağlı susurlar"



Rusiyada quru aclıq edən fəal təcridxanada ölüb
Məhkumlar Mehmana görə aclıq keçirir? – Rəsmi cavab
Azərbaycan XİN-dən Lüksemburq Xarici İşlər nazirinə CAVAB
Mehman Hüseynovla bağlı XƏBƏR VAR
Rəsmi Bakıdan Litva XİN başçısına sərt reaksiya
XİN rəsmi məlumat yaydı
Azərbaycan XİN -dən erməni nazirə CAVAB
XİN: Fransa tərəfindən Azərbaycana qarşı qarayaxma kampaniyasını dayandırmağı tələb edirik"
PA-dan ATƏT nümayəndəsinə cavab: Qəsdən şişirdir
Rəsmi Bakıdan AB-yə cavab: Rədd edirik!
XİN-dən ermənilərə CAVAB: "Dəfələrlə..."
Mehman Hüseynov nə vaxt azadlığa çıxacaq?
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 