Əsassız iddialar Azərbaycan və AB əlaqələrinin inkişaf perspektivlərinə zərbə vurur.
ONN media xəbər verir ki, bu fikirlər Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Avropa Birliyinin Azərbaycan əleyhinə iddiaları ilə bağlı bəyanatına dair şərhində əksini tapıb.
O, Avropa Birliyinin (AB) Azərbaycanda jurnalistlərin və siyasi fəalların saxlanması ilə bağlı əsassız ittihamlarını qətiyyətlə rədd etdiklərini bildirib:
“Bu cür əsassız və qərəzli bəyanatları, Azərbaycanda məhkəmə hakimiyyətinin müstəqilliyinə müdaxilə cəhdləri kimi qiymətləndiririk. İstintaqın gedişatına müdaxilə edilməsi qəbuledilməzdir və məhkəmə prosesinin işinə müdaxilə hüquqi dövlətin əsas prinsipi olan qanunun aliliyi prinsipinə ziddir.
Təəssüf hissi ilə qeyd edirik ki, AB-nin Ermənistanda insanların fundamental hüquq və azadlıqlarının pozulması, siyasi təqiblər nəticəsində həbs edilmiş şəxslərin həbsxanalarda həyatlarını itirməsi hallarına, habelə siyasətçilər və onların ailə üzvlərinə qarşı təqiblərə biganə qalması ikili standartların bariz nümunəsidir”.
“Ölkəmizə qarşı bu kimi əsassız bəyanatlarla çıxış etmək əvəzinə, qarşı tərəfi AB üzv dövlətlərində insan hüquqlarının pozulması hallarına diqqət yetirməsini tövsiyə edirik. AB tərəfi Fransada “sarı gödəkçələr” aksiyasında 12 nəfər üzvün öldürülməsi, AB strukturlarında rüşvətxorluq və korrupsiya hallarının yayılması, İslamofobia və müsəlmanlara qarşı hücum faktlarını hələ də araşdırılmayıb və adekvat münasibət bildirməyib. Qeyd edilənlər fonunda, AB-nin bu cür qərəzli və ədalətsiz bəyanatları Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilir. Bu əsassız iddialar Azərbaycan və AB əlaqələrinin inkişaf perspektivlərinə zərbə vurur”, - A.Hacızadə vurğulayıb.



XİN rəsmi məlumat yaydı
XİN rəsmi məlumat yaydı
Təxribatlara son qoyulmalıdır- XİN
XİN: Fransa tərəfindən Azərbaycana qarşı qarayaxma kampaniyasını dayandırmağı tələb edirik"
Rəsmi Bakıdan bu məsələyə SƏRT REAKSİYA
XİN rəsmi məlumat yaydı
Müdaxilə cəhdi qəbuledilməzdir- XİN-dən SƏRT CAVAB
Niderland Parlamentinin bu qətnamələrini qətiyyətlə rədd edirik - XİN
Azərbaycan XİN-dən SƏRT CAVAB
Rəsmi Bakıdan Borelə cavab
Rəsmi Bakıdan İQAK-a cavab: Rədd edirik!
Rəsmi Bakı Fransaya xəbərdarlıq etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 