Baş Dövlət Yol Polisi İdarəsi (DYP) Bakı Beynəlxalq Avtovağzal Kompleksində sərnişindaşıma fəaliyyətində təhlükəsizlik məsələləri ilə bağlı tədbir keçirib.
DYP-dən ONN media-ya bildirilib ki, yol polis əməkdaşları bu dəfə sərnişin daşıyanları deyil, sərnişinlərin özlərinin maariflənməsini hədəf seçiblər.
Dövlət Avtomobil Nəzarəti Xidmətinin və Bakı Beynəlxalq Avtovağzal Kompleksinin təmsilçilərinin, eləcə də KIV nümayəndələri qatıldığı tədbir kompleks daxilində və avtobuslarda bilavasitə sərnişinlərin iştirakı ilə gerçəkləşib.
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları elektron və çap materialı formasında hazırladıqları tövsiyə xarakterli posterin məzmununu barədə sərnişinlərə məlumat verərək onları yollarda üzləşə biləcəkləri təhlükələrdən xəbərdar edib və belə hallara qarşı birgə mübarizənin əhəmiyyətindən danışıblar.
Posterdə sərnişinlərə xitab edilərək, onlara: həyatlarını etibar etdikləri sürücülər tərəfindən yol hərəkəti qaydalarının pozması hallarına biganə qalmamaq, nəqliyyat vasitələrində hərəkət zamanı sürücünün diqqətini yayındıra biləcək söhbətlərdən çəkinmək, belə söhbətlərdə iştirak edən sürücülərə etiraz etmək, nəqliyyat vasitəsini idarə edərkən mobil telefondan istifadə edən, ümumiyyətlə yol hərəkəti qaydalarını pozan sürücülərə irad bildirmək və onları intizamlı olmağa dəvət etmək tövsiyə edilir.
Bununla yanaşı posterdə, yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücülər barəsində dərhal Baş Dövlət Yol Polisi İdarəsinin “902” Qaynar Xəttinə məlumat vermələri də sərnişinlərdən xahiş olunur



Qaxda yol polisi sürücülərə və sərnişinlərə su paylayıb
Sərnişinlərə MÜHÜM MÜRACİƏT
Bu şəxslərin DİQQƏTİNƏ- NƏZARƏTDƏSİNİZ
Sabahdan fəaliyyətə başlayır
Bakıda yeni avtovağzal tikilib
Sürücü və piyadalara xəbərdarlıq olunub
Peyvənd olunmayan taksi sürücüləri cərimələndi
Sumqayıta getmək istəyənlərin NƏZƏRİNƏ
DYP-dən XƏBƏRDARLIQ: “Hava şəraitinə uyğun sürət həddi seçsinlər”
Polis gücləndirilmiş rejimə keçir - “Son zəng”ə görə
DYP toy karvanları ilə bağlı tədbirlərə start verib
DYP bununla bağlı sürücülərə müraciət etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 