Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi, eləcə də, rayon Dövlət Yol Polisi Şöbələri “Son zəng” günü gücləndirilmiş iş rejimində çalışacaq. ONN media xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib. Təsdiq olunmuş plana əsasən, bütün orta məktəblərin giriş qapısına dörd bənddən ibarət xəbərdarlıq müraciətləri vurulub. Müraciətdə məzunlara və onların valideynlərinə xəbərdarlıq olunur: “Son zəng günü valideynlər öz avtomobillərini məzunlara həvalə etməsinlər. Məzunlar da valideynlərinin, yaxın qohumlarının icazəsi olub-olmadan onların avtomobilini götürüb küçələrdə idarə etməsinlər. Bu onların inzibati məsuliyyətə cəlb olunmasına səbəb olacaq”. Bundan başqa, Bakı şəhərinin orta məktəblərinin əksəriyyətində həm Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin, həm də rayon yol polisi şöbələrinin əməkdaşları son zəng tədbirlərində iştirak edərkən onlara DYP rəhbərliyinin təbriklərini çatdıracaq, eləcə də, yol hərəkəti təhlükəsizliyi ilə bağlı maarifləndirici təbliğat xarakterli söhbətlərin aparılması nəzərdə tutulub. “DYP valideynlər və məzunların diqqətinə çatdırır ki, son zəng günü bütün məktəblərin ərazisi yol polisi əməkdaşları tərəfindən nəzarətə götürüləcək və hər hansı neqativ hala yol verildikdə dərhal müvafiq addımlar atılacaq. Sürücü və piyadalara tövsiyə olunur ki, yol hərəkəti qaydalarına riayət etsinlər və son zəng tədbirlərinin təhlükəsiz şəkildə başa çatmasına töhfə versinlər”, - məlumatda deyilir.
Polis gücləndirilmiş rejimə keçir - “Son zəng”ə görə



DİQQƏT- Valideynlər, avtomobilləri məzunlara həvalə etməyin
Yol polisindən "Son zəng"lə bağlı xəbərdarlıq
"Son zəng"lə bağlı vətəndaşlara müraciət
Azərbaycanda 4 yüksək rütbəli polis KORONAVİRUSA YOLUXDU
Bakıda polis qəza törətdi- Yaralı var
DYP gücləndirilmiş rejimə keçir
Polisi təhqir edən sürücü barədə YENİ XƏBƏR
Bakı polisi gücləndirilmiş rejimə keçdi
Bakıda avtoxuliqan həbs edildi və...
Rüşvət alarkən videosu yayılan polislər tapıldı
Yol polisi yeni geyimdə
Dövlət Yol Polisi sürücülərə müraciət etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 