Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxtın küçə və prospektlərində piyadalarla bağlı maarifləndirci tədbir keçirib.
DİN-in Mətbuat xidmətindən ONN media-ya daxil olan məlumata görə, tədbirdə yol hərəkəti qaydalarını pozan piyadalar müəyən edilib, onlara yol hərəkəti təhlükəsizliyi ilə bağlı əməl etməli olduqları qaydalar izah olunub.
Bakının “20 yanvar”, “İnşaatçılar” metrostansiyalarının ətrafında keçirilən tədbirlər nəticəsində 50-dən artıq piyadaya yol hərəkəti qaydalarını pozduğu üçün xəbərdarlıq edilib. Onlara piyada keçidindən istifadə etməyin vacibliyi izah olunub. Xəbərdarlığa məhəl qoymayan piyadalar barəsində isə inzibati protokol tərtib edilib.
Tədbir zamanı piyadaların daha çox “20 yanvar” dairəsindəki körpünün altında qayda pozmaları diqqət çəkib. Belə ki, Bakı-Sumqayıt və digər istiqamətlədə taksi fəaliyyəti ilə məşğul olan sürücülər sərnişinləri məhz körpünün altında avtomobildən düşürürlər. Nəticədə sərnişinlər yolu keçən zaman təhlükə ilə üzləşirlər. Yol polisinin əməkdaşları bu qayda pozuntusuna şərait yaradan sürücülərə də ciddi xəbərdarlıq edib.
Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsi əməkdaşları tərəfindən bu tipli maarifləndirici tədbirlərin bundan sonra da davam etdirilməsi planlaşdırılır.



Yol polisi Zərdabda reyd keçirdi
Mingəçevirdə 33 piyada cərimələndi
Reyd zamanı 70-dən çox sürücü cərimələndi
Peyvənd olunmayan taksi sürücüləri cərimələndi
Peyvənd olunmayan sürücülər cərimələndi
Polis Bakıda reydlərə başladı
Qaxda qaydaları pozan 16 sürücü cərimələndi
Yük maşını ilə "avtoşluq" edən şəxs HƏBS EDİLDİ
Qaradağda REYD: 15 sürücü saxlanıldı, səbəbi isə...
Astarada sərxoş avtoxuliqan ƏLƏ KEÇDİ
DYP reyd keçirib, 50-yə yaxın sürücü cərimələnib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 