Ermənistanda hakimiyyətin törətdiyi qanunsuzluqlarla etiraz edən Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyanın və ailə üzvlərinin təqib olunmasına son qoyulması tələbi ilə etiraz aksiyası keçirilib. Azərtac xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti binasının qarşısında toplaşan etirazçılar Tovmasyan və onun jurnalist bacısına qarşı təqiblərin siyasi xarakter daşıdığını bəyan ediblər. Onları bildiriblər ki, indi ölkədəki təqiblər 1937-ci ilin repressiyalarını xatırladır. Ermənistan parlamentinin sabiq vitse-spikeri Eduard Şarmazanov qeyd edib ki, indi hakimiyyətin öz mövqeyi ilə razı olmayan insanları təqib etməsi Stalin repressiyası dövründə Yaqoda, Yejov və Beriyanın əməllərinə bənzəyir. O əlavə edib ki, erməni müxalifəti “37-ci il hadisələrinin təkrar olunmaması üçün əlindən gələni edəcək”. Sabiq ədliyyə naziri Arpine Ovannisyan isə bildirib ki, Paşinyan hakimiyyəti hüquq-mühafizə orqanlarını “qırmızı xətti” keçməyə və özünə sərf etməyən fikirlər səsləndirən insanları təqib etməyə məcbur edir. Onun sözlərinə görə, iqtidar öz hərəkətləri ilə insan ləyaqəti prinsipini ayaqlar altına atır. Xatırladaq ki, Paşinyan hökumətinin təzyiqi ilə Ermənistan prokurorluğu Hrayr Tovmasyanın və ailə üzvlərinin əmlakını siyahıya alıb və Konstitusiya Məhkəməsinin sədrinə qarşı cinayət işi açmaq istəyir.
Ermənistan AYAĞA QALXDI: Stalin repressiyası dövründə...



Paşinyan onu HƏBS ETDİRDİ
Ermənistanda referendum keçiriləcək
Ermənistan ÇALXALANIR - Xalq AYAĞA QALXDI
Ermənistanda etirazlar davam edir: Liderlər HƏBS EDİLDİ
Ermənistanda daha bir etiraz aksiyası keçirilib
İrəvanda parlament binasının qarşısında GƏRGİNLİK
Paşinyan spikerini Moskvaya göndərir
Yerevanda etiraz aksiyası
Ermənistan parlamentində gərginlik- NƏ BAŞ VERİR?
Qarabağdan olan ermənilər etiraz aksiyası keçirir - SON DƏQİQƏ
Azərbaycanlılar Gürcüstanda AYAĞA QALXDI – Parlamentin qarşısında aksiya olacaq
Xadimələr etiraza qalxdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 