Bu gün Ermənistan müxalifətinin “Müqavimət” hərəkatı parlament binasının girişində etiraz aksiyası keçirir.
Xatırladaq ki, hakim “Mülki müqavilə” partiyasının parlament fraksiyası iyulun 1-də növbədənkənar iclasının çağırılması təşəbbüsü ilə müraciət etmişdi. Müraciətdə “Daşnaksütyun”un nümayəndəsi İşxan Saqatelyanın parlamentin vitse-spikeri vəzifəsindən geri çağırılması, habelə Vahe Akopyanın parlamentin iqtisadi məsələlər üzrə daimi komissiyasının sədri səlahiyyətlərinə xitam verilməsi haqqında qərar layihələrinin gündəliyə salınması təklif olunub.
ONN media Ermənistan KİV-nə istinadən xəbər verir ki, hazırda parlamentin iclasında İşxan Saqatelyanın parlamentin vitse-spikeri vəzifəsindən məhrum edilməsi, habelə Vahe Akopyanın parlamentin daimi komissiyasının sədri səlahiyyətlərinə xitam verilməsi üçün gizli səsvermə keçirilir.
Səsvermə saat 11:30-da başlayıb və 12:15-dək davam edəcək. Parlament müxalifəti özü də iclasda iştirak etmir və etiraz aksiyası keçirir.
Qeyd edilir ki, müxalifət deputatlarını vəzifələrindən məhrum etmək yalnız ilk addımdır. Hakimiyyət 10 deputatın daimi olaraq mandatdan məhrum edilməsi imkanını da nəzərdən keçirir.



Xadimələr etiraza qalxdı
Ermənistan parlamentində demarkasiya və delimitasiya məsələsi
Ermənistan parlamentində dava düşdü, iclas yarımçıq kəsildi - VİDEO
Ermənistan parlamentində Azərbaycanla bağlı qapalı iclas
Zelenski parlamenti təcili toplayır
Daşnaksütyun xalqı Paşinyana qarşı çıxmağa çağırdı
MSK bir nəfərin səlahiyyətinə xitam verdi
Ermənistanın ən böyük iş adamlarından birinə qarşı SƏRT ADDIM
Parlamentin buraxılması ilə bağlı qərarı hazırlayan heyət yaradıldı – ADLAR
Tiflisdəki aksiya ilə bağlı növbəti qərar
İrəvanda parlament binasının qarşısında GƏRGİNLİK
İrəvan bu gecə yatmayacaq - Hamı parlamentə gedir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 