İspaniyanın Kataloniya regionunda etirazların başlanmasından indiyə kimi 200 nəfər saxlanılıb. ONN media xəbər verir ki, bu haqda İspaniyanın daxili işlər naziri səlahiyyətlərinin müvəqqəti icraçısı Fernando Qrande-Marlaska bildirib. Daxili İşlər Nazirliyinin məlumatına görə, etirazlarda hüquq-mühafizə orqanlarının 288 əməkdaşı zərər çəkib. Qeyd edək ki, cümə günü Kataloniyada ümumi tətil başlanıb. Regionun müxtəlif şəhərlərində çoxsaylı mitinqlər keçirilir, ancaq ən böyük nümayişlər muxtariyyətin paytaxtında təşkil olunub. Barselonanın mərkəzində yerləşən polis idarəsinin qarşısında təhlükəsizlik gücləri ilə nümayişçilər arasında toqquşmalar baş verib. Təhlükəsizlik gücləri aksiyanın dağıdılması üçün gözyaşardıcı qazdan istifadə edib. Xatırladaq ki, oktyabrın 14-də İspaniya Ali Məhkəməsi müstəqillik haqqında referendumun təşkilinə aidiyyəti olan regional siyasətçilər barəsində hökm çıxarandan sonra Kataloniyada aksiyalar başlayıb. Hökmə görə, kataloniyalı siyasətçilər 13 il müddətinə qədər həbs cəzasına məhkum edilib. Onların bəziləri qiyama təşviq etməkdə və israfçılıqda təqsirli bilinib. Kataloniya hökuməti başçısının sabiq müavini Oriol Junkeras maksimal müddətə həbs cəzasına məhkum edilib. Bundan sonra Kataloniyada hökumət əleyhinə kütləvi etirazlar başlanıb. İspaniya Daxili İşlər Nazirliyi vəziyyətə nəzarəti təmin etmək üçün regiona əlavə qüvvələr yeridib.(publika)
Kataloniyada etirazlar: 200 nəfər saxlanıldı



İslamabadda toqquşma: 4 ölü, 250 yaralı
Kataloniyada müstəqillik tərəfdarlarının qələbə sevinci
Kataloniya müstəqil olacaq?
Parisdə polislə etirazçılar arasında toqquşmalar
Kataloniya böhranı İspaniyaya nə qədər ziyan vurdu? - Açıqlama
Fransada etirazlar davam edir
Daha bir ölkədə aksiya keçirilir
Polis etirazçılara atəş açdı - 5 ÖLÜ
SON DƏQİQƏ: Beyrut yenə qarışdı: Nazirlik ƏLƏ KEÇİRİLDİ
Qazaxıstanda keçirilən aksiyalarda 80 nəfər saxlanılıb
Tiflisdəki aksiya ilə bağlı növbəti qərar
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 